1. Vuruş, zərbə. □ Günəş şüalarından düzgün istifadə etmədikdə, dərinin yanması, ümumi əzginlik, Günəş vurğusu kimi hallar baş verə bilər. (Babayev).
2. Vurma. □ Bir əsər yaranır hər düşüncədən; Hər qəlb vuruşunun öz mənası var. (S.Vurğun).
3. İflic, beyinə qan vurma.
4. Məcazi mənada: afət, bəla. □ Matməəttəl qalmışam ki, bu nə bəladı, nəzərdi, gözdü, afətdi, vurğudu, qarğışdı, nədi bilmirəm! (Mir Cəlal).
Dilçilik. Kəlmədə müəyyən səsin (səslinin) ucalması və bunun üçün o səsin və ya hərfin üzərinə qoyulan işarə. □ Vurğu işarəsi.
Azərbaycan dilinin izahlı lüğəti1. Dava, vuruşma, dalaşma, qarma-qarışıqlıq, səs-küy, qalmaqal. □ Kazım gülərək dedi: – Ay Allahqulu, yaxşı ki, yaxamızı bu vurhavurdan qurtardıq. (Y.V.Çəmənzəminli).
2. Zərf kimi: fəaliyyətlə, cəhdlə, durmadan, qızğın surətdə. □ Çörəkxanadakılar vurhavur işləyir, su tökür, xəmir yoğurur, kürəyə od qoyurdular. (Mir Cəlal).
3. Təntənə, dəbdəbə, calal mənasında. □ Qızı vurhavurla köçürdülər.
Azərbaycan dilinin izahlı lüğəti