vurmaq [vurmax] feil
1. Əli ilə və ya əldə tutulan bir şeylə çırpmaq, zərbə endirmək. □ Ağacla vurmaq. Şillə vurmaq. Qamçı ilə vurmaq. Əllərinə vurmaq.
2. Buynuz, təpik və s. ilə zərbə endirmək. □ İnək uşağı vurdu. Onu at vurmuşdur.
3. Döymək, kötəkləmək. □ Uşağı vurmaq olmaz.
4. Bir şeylə toxundurmaq. □ Qasım kişi çaxmağı daşa vurub, qovu basır çubuğa. (C.Məmmədquluzadə).
5. Çalmaq, çaxmaq, qaxmaq, soxmaq. □ Mıx vurmaq. Paya vurmaq.
6. Güllə ilə vurub öldürmək. □ Ovçular meşədə üç qaban vurdular.
7. Bir şeylə vurub yaralamaq. □ Quşu ayağından vurmuşlar.
8. Atəşə tutmaq, topa tutmaq, gülləyə basmaq. □ Sahildən düşmən gəmilərini vurmaq.
9. Bir şeyi sərrast atıb hədəfə toxundurmaq, dəydirmək. □ Nişanı vurmaq. Nə qədər atdımsa, hədəfi vura bilmədim.
10. Dayamaq, dirəmək, qoymaq, söykətmək. □ Divara dayaq vurmaq. Ağaca dəstək vurmaq.
11. Taxmaq, keçirmək, bağlamaq. □ Atın ayağına cidar vurmaq.
12. Yükləmək, yığmaq, çatmaq, doldurmaq. □ Arabaya (maşına, gəmiyə) yük vurmaq, tay vurmaq.
13. Taqqıldatmaq, döymək. □ Qapını vurmaq. Darvazanı vurmaq.
14. Döyəcləmək, çalmaq. □ Nağara vurmaq. Dəf vurmaq.
15. Zərbə və ya başqa bir səslə bildirmək, xəbər vermək. □ Telefonun zəngi vurdu. Saat 12-ni vurdu.
16. Xarab etmək, məhv etmək, zədələmək, zərər vermək. □ Almaları dolu vurdu. Əkinləri don vurdu. Meyvələri şaxta vurmuşdur.
17. Bərk təsir etmək. □ Saçlarının ətri və bədəninin hərarəti Rüstəmi uzaqdan vurur, ruhunu oxşayırdı. (M.İbrahimov).
18. Məcazi mənada: içmək (yalnız spirtli içki haqqında). □ ...Günorta əyləşib, gecə yarısınadək vurdunuz, o sənin sağlığına, sən onun. (N.Vəzirov).
19. Oğurlamaq, çırpışdırmaq, çalmaq. □ ...Sandıqçanı vurmuşam, içi dolu pul. (N.Nərimanov).
20. Sürtmək, çəkmək, yaxmaq. □ Pəncərələrə rəng vurmaq. Üzünə pudra vurmaq.
21. Yapışdırmaq, asmaq. □ Divara elan (afişa) vurmaq. Divara xalça vurmaq.
22. Yıxmaq, çırpmaq. □ Hüseynağa çölə çıxdıqda külək onu yumurlayıb yerə vurdu. (M.İbrahimov).
23. Riyaziyyat. Artırmaq, zərb etmək. □ Beşi ikiyə vurmaq.
24. “Özünü” sözü ilə – yalandan göstərmək, oxşatmaq. □ Özünü dəliliyə, bilməzliyə, xəstəliyə vurmaq.
25. “Özünü”, “özlərini”, “özümüzü” sözləri ilə – soxulmaq, girmək, bir şeyin içərisinə atılmaq, dalmaq, cummaq, yönəlmək, üz tutmaq. □ Özünü sürüyə vurdu. Özlərini meşəyə vurdular.
26. Sancmaq, çalmaq. □ İlan vurmaq. Əqrəb vurmaq.
27. Calamaq, aşılamaq. □ Peyvənd vurmaq. Aşı vurmaq.
28. Kəsmək, kəsib gödəltmək. □ Paltarın ətəyindən bir qədər vurmaq. Dəllək saçımı vurdu. Pambıq kollarının başını vurmaq.
29. Döyünmək, atmaq, işləmək. □ Nəbzi vurmaq.
30. Atmaq, fışqırmaq. □ Fontan vurmaq. Fəvvarə vurmaq.
31. Xüsusi cihaz və s. vasitəsilə yeritmək (maye, hava, qaz və s.). □ Nasosla su vurmaq.
32. Çevirmək, bir vahidi əsas götürərək hesablamaq. □ Kağız pulu qızıla vurmaq.
33. “Vurdu” şəklində – birdən, gözlənilmədən. □ İki gün çəkmədi, vurdu anam xəstə düşdü. (Mir Cəlal).
34. “Vurub” şəklində – çox-çox geridə buraxıb, ötüb, aşıb. □ Trest müharibədən əvvəlki həcmi vurub keçəcəkdir. (Mir Cəlal).
Həmçinin bax:
frazeologizm:
ağlına vurmaq
frazeologizm:
ağzına qıfıl vurmaq
frazeologizm:
ağzından vurmaq
frazeologizm:
ağzının üstündən vurmaq
frazeologizm:
aləmi bir-birinə vurmaq
frazeologizm:
altından vurub üstündən çıxmaq
frazeologizm:
alt-üst vurmaq
frazeologizm:
ara vurmaq
frazeologizm:
arxasını yerə vurmaq (qoymaq)
frazeologizm:
atasına od vurmaq
frazeologizm:
ayağını yerə vurmaq
frazeologizm:
babam mənə kor deyib, hər yetənə vur deyib
frazeologizm:
badalaq gəlmək (vurmaq)
frazeologizm:
balta vurmaq
frazeologizm:
baltanı dibindən (kökündən) vurmaq
frazeologizm:
başa vurmaq
frazeologizm:
baş vurmaq
frazeologizm:
baş-ayaq vurmaq
frazeologizm:
başına qapaz vur, çörəyini əlindən al
frazeologizm:
başına vur, çörəyini əlindən al
frazeologizm:
başına vurmaq
frazeologizm:
başından vurub ayağından çıxmaq
frazeologizm:
başını divara vurmaq
frazeologizm:
beyninə qan vurmaq
frazeologizm:
beyninə vurmaq
frazeologizm:
bənd vurmaq
frazeologizm:
bərq vurmaq
frazeologizm:
bıçaq vursan, qanı çıxmaz
frazeologizm:
bir daşla iki quş (dovşan) vurmaq
frazeologizm:
bir güllə ilə iki dovşan vurmaq
frazeologizm:
bir nöqtəyə vurmaq
frazeologizm:
bu başdan vurub o başdan çıxmaq
frazeologizm:
buxov vurmaq
frazeologizm:
burda vurar qılıncı, Hələbdə (Bağdadda) oynar ucu
frazeologizm:
burdan vurub ordan çıxır
frazeologizm:
burnundan vurmaq
frazeologizm:
cəh-cəh vurmaq
frazeologizm:
cibinə zərər vurmaq
frazeologizm:
cin başına vurmaq
frazeologizm:
cin dalamaq (vurmaq)
frazeologizm:
çevir tatı, vur tatı
frazeologizm:
çəkici bir yerə vurmaq
frazeologizm:
çənə döymək (vurmaq, yormaq)
frazeologizm:
çırtma vursan, qanı tökülər
frazeologizm:
dal-qabaq vurmaq
frazeologizm:
damdan vurub bacadan çıxmaq
frazeologizm:
damğa vurmaq
frazeologizm:
darvazasını fələk vurub
frazeologizm:
dədəsinə od vurmaq (qoymaq)
frazeologizm:
dəm vurmaq
frazeologizm:
dili topuq vurmaq (çalmaq)
frazeologizm:
dilinə qıfıl vurmaq
frazeologizm:
dişə vurmalı
frazeologizm:
dişinə vurmaq
frazeologizm:
döşünə döymək (vurmaq)
frazeologizm:
dövrə vurmaq
frazeologizm:
düd deyincə vurmaq
frazeologizm:
eşqi başına (topuğuna) vurmaq
frazeologizm:
eyham vurmaq
frazeologizm:
əksini çörək üstünə vursan, ac it də yeməz
frazeologizm:
əl vurmaq
frazeologizm:
əlini ağdan-qaraya vurmamaq
frazeologizm:
əlini əlinə vurmamaq
frazeologizm:
əlini isti sudan soyuq suya vurmamaq
frazeologizm:
əməyini yerə vurmaq
frazeologizm:
ətəyinə qoz töküb başına qapaz vurmaq
frazeologizm:
fələk vurmaq
frazeologizm:
gah başına, gah döşünə vurmaq
frazeologizm:
göz vurmaq
frazeologizm:
gözəl ağa gözəl idi, bu yandan da vurub çiçək (çiban) çıxartdı
frazeologizm:
gözündən vurmaq
frazeologizm:
gün vurmaq
frazeologizm:
günü başa vurmaq
frazeologizm:
hansı ilan çalıb (vurub)
frazeologizm:
hay basmaq (salmaq, vurmaq)
frazeologizm:
hesaba vurmaq
frazeologizm:
hirsi başına (təpəsinə) vurmaq
frazeologizm:
xal vurmaq
frazeologizm:
iliyini vurmaq
frazeologizm:
isti vurmaq
frazeologizm:
işarə vurmaq
frazeologizm:
kefi doxsan doqquz vurmaq
frazeologizm:
kəlləçarxa vurmaq
frazeologizm:
köhnədən vurub təzədən çıxmaq
frazeologizm:
kökündən vurmaq
frazeologizm:
kürəyini yerə vurmaq (qoymaq)
frazeologizm:
qan beyninə vurmaq (sıçramaq)
frazeologizm:
qaş düzəltdiyi yerdə vurub göz çıxarmaq
frazeologizm:
qaşıqla verir, çömçə ilə başından vurur
frazeologizm:
qaz vurub qazan doldurmaq
frazeologizm:
qıy çəkmək (vurmaq)
frazeologizm:
qul vurdu, özün öldürdü, ağaya ziyan elədi
frazeologizm:
qulaqardına vurmaq
frazeologizm:
quşu gözündən vurmaq
frazeologizm:
laf vurmaq
frazeologizm:
laqqırtı vurmaq
frazeologizm:
ləkə vurmaq (yaxmaq, atmaq)
frazeologizm:
ləngər vurmaq
frazeologizm:
lül vurub mil durmaq
frazeologizm:
mırt vurmaq
frazeologizm:
mizana vurmaq
frazeologizm:
möhürünü vurmaq
frazeologizm:
mürgü döymək (vurmaq)
frazeologizm:
nala-mıxa vurmaq
frazeologizm:
od qoymaq (vurmaq)
frazeologizm:
ovcuna qoz töküb başına qapaz vurmaq
frazeologizm:
ovu bərəsində vurmaq
frazeologizm:
özündən dəm vurmaq
frazeologizm:
özünü dağa-daşa çırpmaq (vurmaq)
frazeologizm:
özünü ... qoymaq (vurmaq)
frazeologizm:
özünü oda-közə vurmaq (atmaq)
frazeologizm:
özünü yerə vurmaq (çırpmaq, sürtmək)
frazeologizm:
pəl vurmaq (qatmaq)
frazeologizm:
sarı simə toxunmaq (vurmaq)
frazeologizm:
sərçəni gözündən vurmaq
frazeologizm:
sığal vermək (vurmaq, çəkmək)
frazeologizm:
sözü qulaqardına vurmaq
frazeologizm:
tənə vurmaq
frazeologizm:
tərəziyə vurmaq
frazeologizm:
ürəyindən vurmaq
frazeologizm:
ürəyini vurmaq
frazeologizm:
üstünü vurmamaq
frazeologizm:
üz vurmaq
frazeologizm:
üzə vurmamaq
frazeologizm:
üzünə çırpmaq (vurmaq)
frazeologizm:
vurdu daşa, çıxdı başa
frazeologizm:
yamaq vurmaq
frazeologizm:
yel vurub yengələr oynayır
frazeologizm:
yerə vurmaq
frazeologizm:
yol quşunu yol daşı ilə vurmaq
frazeologizm:
yumruğu bir yerə vurmaq
frazeologizm:
zəhmətini yerə vurmaq
frazeologizm:
zığ vermək (vurmaq)
frazeologizm:
ziyan vurmaq
frazeologizm:
zol vurub baxmaq
Azərbaycan dilinin izahlı lüğəti