1. Getmək, yetişmək, çatmaq, gəlmək, gəlib çatmaq. □ Leyli onun olsun, eylədim əhd; Var, indi sən et əlacına cəhd. (M.Füzuli).
2. Nəticələnmək, müncər olmaq, nəhayətlənmək, çatmaq. □ ...Ay Sevil, artıq oyun sona varmaqdadır, çox çəkməz, sən özün görərsən. (C.Cabbarlı).
3. Məcazi mənada: dalmaq, qərq olmaq, getmək. □ Gəl duraq yanaşı, xəyala varaq; Bizə layla desin suların səsi. (S.Vurğun).
See also:
1. Bir adamın malik olduğu şeylərin hamısı. □ ...Bu gecə nömrədən var-yoxumu aparıb, bircə papağımı qoyublar. (Ə.Haqverdiyev).
2. Vur-tut, ancaq, yalnız, təkcə. □ Var-yox bircə oğlu var.
See also:
1. Bir şeyi əldə etmək, yaxud bir işi həyata keçirmək üçün lazım olan şey, üsul, yol, alət və s. □ Nəqliyyat vasitələri. Müdafiə vasitələri. Texniki vasitələr. Dil insanların ünsiyyət vasitəsidir. İstehsal vasitələri.
2. Müalicə və səhiyyə üçün lazım olan şeylər, maddələr; dərman. □ Sarğı vasitələri. Dezinfeksiya vasitələri.
3. İki şəxs və ya tərəf arasında əlaqə düzəldən və ya vasitəçi olan adam; miyançı. □ ...Bir kişi tayfası varmı ki, aralıqda vasitə ola. (M.F.Axundzadə).
See also:
1. Bir-biri ilə çəkişən, mübahisə edən iki tərəfi barışdırmağa kömək edən adam və ya təşkilat.
2. İki tərəf arasında vasitə olan, əlaqə düzəldən şəxs; araçı, miyançı.
3. Ünsiyyət vasitəsi, əlaqə vasitəsi. □ Xahiş edərkən həddindən artıq təvazökar və nəzakətli ol, təvazökarlıq xahişin qəbul edilməsi üçün ikinci vasitəçidir. (“Qabusnamə”).
Azərbaycan dilinin izahlı lüğətiVasitəsi olan; bir vasitə ilə əmələ gələn; birbaşa deyil, vasitə ilə olan.
See also: