1. Bir-birinə və ya başqa şeyə toxunan taxta və s. şeylərdən çıxan aramsız səsi bildirən təqlidi söz. □ Ağarzanın evindən tappatap səsi gəlirdi. (Mir Cəlal).
2. Zərf kimi: tappıltı ilə, ayaqlarını tappıldada-tappıldada. □ Tappatap içəri daxil olmaq.
1. Hərəkət edən insan və ya heyvanın ayağının yerə dəyməsi nəticəsində çıxan səsi bildirən təqlidi söz. □ ..bir qədər sonra qapı arxasında ayaq tappıltısı duydu. (S.Hüseyn).
2. Bir şeyin düşməsindən və ya başqa bir şeyə dəyməsindən hasil olan qısa qırıq səs və ya dalbadal eşidilən belə səsləri bildirən təqlidi söz. □ Yaşıl qapı açılıb tappıltı ilə divara dəydi. (H.Seyidbəyli).
1. Tapşırılmış şey, yerinə yetirilməsi, ifa və ya həll edilməsi bir vəzifə olaraq həvalə edilmiş iş, məsələ və s. □ İctimai tapşırıq. Partiya tapşırığı.
2. İşin qabaqcadan müəyyən olunmuş və ya göstərilmiş həcmi. □ İstehsalat tapşırıqları.
3. Dərsdənkənar vaxtda öyrənmək və ya həll etmək üçün şagirdlərə verilən dərs. □ Həndəsədən tapşırıq.
4. Göstəriş, əmr, sərəncam. □ Direktorun tapşırığı.
5. Hərb. Operativ vəzifə. □ İskəndər Quliyev döyüş tapşırığını döyüşçülərə başa saldıqdan sonra qərargaha qayıtdı. (Ə.Vəliyev).
1. Həvalə etmək, üzərinə qoymaq. □ Mənə yaramaz iş tapşırır, adımı qoyur yarıtmaz. (Atalar sözü).
2. Birisinin və ya bir şeyin qayğısına, qeydinə qalmağı həvalə etmək; inanaraq, etibar edərək öhdəsinə buraxmaq, himayəsinə buraxmaq; qızmaq. □ Quzunu qurda tapşırıblar. (Atalar sözü).
See also: