Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

radiasiya [radiyasiya] isim latın

Fizika. Hər hansı bir cismin elektromaqnit dalğaları şüalandırması; cismin buraxdığı elektromaqnit şüa enerjisi. □ Günəş radiasiyası.

See also:

coğrafiya: atmosferin radiasiya balansı coğrafiya: cəm radiasiya coğrafiya: düz radiasiya coğrafiya: günəş radiasiyası coğrafiya: radiasiya balansı coğrafiya: radiasiya ekologiyası coğrafiya: radiasiya fonu coğrafiya: səpələnmiş radiasiya coğrafiya: ultrabənövşəyi radiasiya coğrafiya: ümumi radiasiya coğrafiya: Yer-atmosfer sisteminin radiasiya balansı Azərbaycan dilinin izahlı lüğəti

radio [radiyo] isim latın

1. Elektrik enerjisinin rabitə, radioverilişi, televiziya, radioteleqrafiya,radiolokasiya və s. məqsədlə məftilsiz olaraq elektromaqnit dalğaları şəklində uzaq və yaxın məsafələrə verilməsi və qəbulu.

2. Bu dalğalar vasitəsilə verilən siqnallar, səslər, radio və televiziya verilişi proqramları və s. □ Radioya qulaq asmaq.

3. Radioqram. □ Moskvadan indicə radio alınmışdır. Paroxoddan hava haqqında radio alındı.

4. Radiostudiya. □ Radioda işləmək.

5. Radioqəbuledici, reproduktor. □Yeni markalı radio.

Qeyd: Radio... mürəkkəb sözlərin birinci hissəsi olub aşağıdakı mənalarda işlənir: 1) radioya aid olan, radio ilə bağlı olan; məsələn, radioklub, radioteleqram; 2) radiuma, radioaktivliyə, radiasiyaya aid olan; məs.: radioelement, radioizotoplar və s.

See also:

jurnalistika: danışıq radiosu jurnalistika: dünya radio yayım xidməti jurnalistika: Milli Televiziya və Radio Şurası jurnalistika: radio evi jurnalistika: radio jurnalistikası jurnalistika: radio kanalı jurnalistika: radio kompozisiyası jurnalistika: radio mərkəzi jurnalistika: radio ötürücüsü jurnalistika: radio proqramları jurnalistika: radio rejissoru jurnalistika: radio səsləşməsi jurnalistika: radio studiyası jurnalistika: radio teatrı jurnalistika: radio verilişləri jurnalistika: radionun dili jurnalistika: sarafan radiosu jurnalistika: televiziya və radio şurası Azərbaycan dilinin izahlı lüğəti