lat. radiatio – əksetdirmə, şüalandırma + fr. balance – tərəzi
Günəşdən Yer səthinə gələn radiasiya ilə Yer səthindən əks olunan radiasiya arasında fərq.
Bu fərq gündüzlər müsbət, gecələr mənfi olur. R.B. xüsusi cihazla (balansölçən) ölçülür və sahə vahidinə düşən enerji vahidi ilə (məsələn, vt/m2, kkal/sm2) ilə ifadə edilir. İllik hesablamalarda Yerin R.B. qütblərdən başqa hər yerdə müsbət qiymət alır.
Coğrafiya terminləri lüğəti