1. Yuxu. □ ..Röyadə mən keçən gecə eylərkən ahüzar; Sən vermədinmi birəbədi vəsl için qərar?! (H.Cavid).
2. Yuxuda görülən şey, vaqiə, hadisə. □ Bu, yuxu ilə oyaqlıq arasında elə bir hal idi ki, həqiqət, xəyal, röya bir-birinə qarışmışdı. (M.Rzaquluzadə).
Azərbaycan dilinin izahlı lüğəti1. İnsanın psixi aləmi, onun hiss və duyğuları, əhvali-ruhiyyəsi. □ Dağlara çən düşəndə; Sünbülə dən düşəndə; Ruhum bədəndə oynar; Yadıma sən düşəndə. (Xalq mahnısı).
2. Hər şeyin və hadisənin əsasını təşkil edən və materiyaya nisbətən birinci olan qeyri-maddi aləm. □ Mütləq ruh.
3. Təsəvvürə görə, insanda, onu digər canlılardan ayıran və Allaha qovuşduran ölməz, qeyri-maddi varlıq; can. □ Ruh göyə çəkiləndə, növbə gözləmir. (Atalar sözü).
4. İnsanın daxili halı, mənəvi qüvvəsi, mənəviyyatı; həvəs, hiss,duyğu, canlılıq. □ Sağlam ruh sağlam bədəndə olar. (Atalar sözü).
5. Məcazi mənada: cürət, qoçaqlıq, cəsarət, mərdlik. □ Əsgərlərdə döyüş ruhu yaratmaq.
6. Məcazi mənada: hər hansı bir şeyin səciyyəvi xüsusiyyəti, əsas mahiyyəti, ən lazımlı, ən əsas nöqtəsi. □ Məsələnin ruhunu tapmaq.
7. Dini və mifoloji təsəvvürə görə insanın həyatında və təbiətdə iştirak edən qeyri-maddi, fövqəltəbii bir varlıq.
8. Məcazi mənada: ürək, qəlb. □ Yar yarına gündə olsa müqarin; Könülü şən olur, ruhu tellənir. (AşıqQurbani).
9. Nəvazişli xitab yerində: mənim ruhum, ruhum şəklində işlənir. □ Ruhum! Ey şəhbazi-ülviyyət; Hümmətim tək fəzada pərvaz et! (M.Ə.Sabir).
See also:
1. Din ilə bağlı olan, dinə aid olan, din tədris edilən; dini. □ Ruhani məktəb. Atam ruhani idarəsindən çıxmağa məcbur olmuşdu. (A.Şaiq).
2. İsim kimi: din xadimi. □ Əqdi-nikah mərasimi olduqca təntənəli keçdi, bütün Şuşa ruhanilərinə xələt verildi. (Y.V.Çəmənzəminli).
3. Ruhla bağlı olan, ruha aid olan. □ Həyatın mənşəyinin ruhani başlanğıcla bağlılığı.
4. Qeyri-cismani, qeyri-maddi; mənəvi, xəyali, mücərrəd. □ ..axır vaxtadək Bahadırın Sonaya və Sonanın Bahadıra olan ruhani məhəbbətlərində şəkk yox idi. (N.Nərimanov).
5. Musiqi. İsim kimi: sazda çalınan aşıq havalarından birinin adı.
Klassik ədəbiyyatda lətif, gözəl mənzərəli, ab-havası gözəl, ruhu oxşayan mənalarında işlənmişdir. □ Nə gözəl mənzəreyi-şəfqətza; Nə lətafətli, nə ruhani səfa. (M.Hadi).
Azərbaycan dilinin izahlı lüğəti1. Arxaizm. İnsanın psixikasından, psixi fəaliyyətinin proses və qanunauyğunluqlarından bəhs edən elm.
2. Arxaizm. Bu elmin məzmununu təfsir edən fənn.
3. Arxaizm. Bu elmin məzmununu şərh edən kitab.
4. Arxaizm. Psixi xüsusiyyətlərin məcmusu, ruhi hal; psixika, əhvali-ruhiyyə.
Azərbaycan dilinin izahlı lüğəti