Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ruh [ruh] isim ərəb

1. İnsanın psixi aləmi, onun hiss və duyğuları, əhvali-ruhiyyəsi. □ Dağlara çən düşəndə; Sünbülə dən düşəndə; Ruhum bədəndə oynar; Yadıma sən düşəndə. (Xalq mahnısı).

2. Hər şeyin və hadisənin əsasını təşkil edən və materiyaya nisbətən birinci olan qeyri-maddi aləm. □ Mütləq ruh.

3. Təsəvvürə görə, insanda, onu digər canlılardan ayıran və Allaha qovuşduran ölməz, qeyri-maddi varlıq; can. □ Ruh göyə çəkiləndə, növbə gözləmir. (Atalar sözü).

4. İnsanın daxili halı, mənəvi qüvvəsi, mənəviyyatı; həvəs, hiss,duyğu, canlılıq. □ Sağlam ruh sağlam bədəndə olar. (Atalar sözü).

5. Məcazi mənada: cürət, qoçaqlıq, cəsarət, mərdlik. □ Əsgərlərdə döyüş ruhu yaratmaq.

6. Məcazi mənada: hər hansı bir şeyin səciyyəvi xüsusiyyəti, əsas mahiyyəti, ən lazımlı, ən əsas nöqtəsi. □ Məsələnin ruhunu tapmaq.

7. Dini və mifoloji təsəvvürə görə insanın həyatında və təbiətdə iştirak edən qeyri-maddi, fövqəltəbii bir varlıq.

8. Məcazi mənada: ürək, qəlb. □ Yar yarına gündə olsa müqarin; Könülü şən olur, ruhu tellənir. (AşıqQurbani).

9. Nəvazişli xitab yerində: mənim ruhum, ruhum şəklində işlənir. □ Ruhum! Ey şəhbazi-ülviyyət; Hümmətim tək fəzada pərvaz et! (M.Ə.Sabir).

See also:

frazeologizm: rəngə-ruha gəlmək frazeologizm: rəngi-ruhu qaçmaq frazeologizm: ruh düşkünlüyü frazeologizm: ruh vermək frazeologizm: ruha gəlmək frazeologizm: ruhdan düşmək frazeologizm: ruhdan salmaq frazeologizm: ruhu bədənindən çıxmaq frazeologizm: ruhu da inciməmək frazeologizm: ruhu təzələnmək frazeologizm: ruhuna yatmaq frazeologizm: ruhunu oxşamaq frazeologizm: ruhunu təslim etmək Azərbaycan dilinin izahlı lüğəti