Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

prestij [prestij] isim fr. prestige – nüfuz

Nüfuz, etibar, hörmət. □ Prestij qazanmaq.

Azərbaycan dilinin izahlı lüğəti

preyskurant [preysk'urant] isim alm. preiskurant, preis – qiymət < fr. courant – siyahı

Mal və xidmətlərin adlarını, həmçinin qiymətlərini göstərən sənəd. □ Preyskuranta diqqətlə baxmaq.

Azərbaycan dilinin izahlı lüğəti

prezentasiya [prezentasiya] isim lat. praesentatio – təqdimat

İctimai maraq doğuran hansısa yeniliyin təqdimatı. □ Yeni klipin prezentasiyası.

Azərbaycan dilinin izahlı lüğəti

prezident [prezident] isim lat. praesidens (praesidentis)hərf. öndə əyləşən

1. Respublika formasına malik olan ölkələrdə dövlət başçısı; müasir dövlətlərin əksəriyyətində dövlət rəhbəri. □ Prezident ümumxalq səsverməsi yolu ilə, yaxud parlament tərəfindən seçilir.

2. Bəzi ictimai təşkilatlarda və iri şirkətlərdə seçki yolu ilə müəyyənləşdirilən rəhbər. □ Şirkət prezidenti.

Azərbaycan dilinin izahlı lüğəti

prezidium [prezidiyum] isim lat. praesidere – irəlidə oturmaq, sədrlik etmək

Qurultay və iclasları idarə edən heyət, sədrlik edənlər, sədarət; müəyyən bir təşkilata kollegial rəhbərliyi gerçəkləşdirən seçkili orqan. □ Prezidium üzvləri.

Azərbaycan dilinin izahlı lüğəti

primadonna [primadonna] isim it. primaddona – birinci xanım

Opera teatrlarında baş rolları ifa edən aktrisa; incəsənətin bu və ya başqa sahəsində (daha çox musiqidə) böyük uğurlar əldə etmiş xanım ifaçı. □ Səhnənin primadonnası.

Azərbaycan dilinin izahlı lüğəti

prinsip [prinsip] isim lat. principium – əsas, özül, başlanğıc, əvvəl

Hər hansı nəzəriyyə və ya fəaliyyətin əsas xüsusiyyətlərini əks etdirən müddəa. □ Demokratik prinsiplər.

See also:

jurnalistika: beynəlxalq jurnalistika prinsipləri jurnalistika: etik prinsiplər jurnalistika: xarab telefon prinsipi jurnalistika: ictimai yayım prinsipləri jurnalistika: jurnalistika prinsipləri jurnalistika: Sallivan prinsipi jurnalistika: teleradio fəaliyyətinin əsas prinsipləri frazeologizm: prinsip aparmaq frazeologizm: prinsipə düşmək (getmək) Azərbaycan dilinin izahlı lüğəti

printer [printer] isim ing. printair – çapçı, tipoqraf

Kompüterə qoşulan çap qurğusu. □ Printerin matrisli, axınlı və lazer kimi növləri vardır.

Azərbaycan dilinin izahlı lüğəti

prioritet [priyaritet] sifət alm. prioritat < lat. prior – birinci, böyük

Hər hansı fəaliyyətdə əsas və vacib olan; önəmli. □ Prioritet istiqamət.

Azərbaycan dilinin izahlı lüğəti

privat [privat] sifət lat. privatus – qeyri-rəsmi

Özəl, xüsusi; qeyri-rəsmi, rəsmi olmayan. □ Privat fəaliyyət.

Azərbaycan dilinin izahlı lüğəti

prizma [prizma] isim yun. prisma – mişarlanmış, bıçaqlanmış

1. Riyaziyyat. Oturacaqları iki paralel çoxbucaqlı, yan üzləri isə paraleloqramlar olan həndəsi fəza fiquru. □ Düzgün prizma.

2. Fizika. Mürəkkəb işığı spektrlərə ayırmaq, işıq şüalarının istiqamətini dəyişdirmək və b. məqsədlər üçün müxtəlif optik, spektral və başqa cihaz və aparatlarda işlədilən şəffaf maddədən düzəldilmiş həmin şəkildə cisim.

3. Məcazi mənada: hər hansı problemə, hadisəyə baxış nöqtəsi. □ Yazıçının prizması.

Azərbaycan dilinin izahlı lüğəti

problem [prablem] isim yun. problema – məsələ, vəzifə, tapşırıq

Həlli və öyrənilməsi tələb olunan mürəkkəb, vacib məsələ. □ Qarabağ problemi.

See also:

frazeologizm: problem çıxarmaq Azərbaycan dilinin izahlı lüğəti

prodüser [pradüser] isim ing. producer < lat. producere – yaratmaq

Yaradıcılıq sahəsində hər hansı layihəni təşkilati və maliyyə baxımından gerçəkləşdirən şəxs; kinokompaniyanın, müğənninin, aktyorun, hər hansı yaradıcı şəxsin etibarlı nümayəndəsi. □ Prodüserliyin kreativ, təşkilatçı, səyyar və başqa formaları var.

See also:

jurnalistika: xəbər prodüseri Azərbaycan dilinin izahlı lüğəti