1. Coğrafiya. Bir şeyin (yer, tikinti, qurğu və s.-nin), tənasübləri saxlanılmaqla müəyyən masştabda kağız və s. üzərində göstərilən cizgisi. □ Binanın planı. Şəhərin planı.
2. Bir işin nə qaydada, nə kimi ardıcıllıqla və hansı müddətlərdə yerinə yetiriləcəyini və s. qabaqcadan nəzərdə tutan tədbirlər sistemi. □ Xalq təsərrüfatının inkişaf planı. İstehsalat planı.
3. Nəzərdə tutulan, təxmin edilən şey; fikir, niyyət, təxmin, fərziyyə. □ Səfərimizin planı. Səyahət planı.
4. Bir şeyin şərhində müəyyən qayda və ardıcıllıq. □ Dərsin planı. Elmi əsərin planı.
5. Hər hansı bir şeyin perspektivdə (gələcəkdə) nəzərdə tutulan mövqeyi.
6. Zərf kimi məcazi mənada: planda şəklində – bir şəxsin, ya şeyin əhəmiyyətinə, vacibliyinə, lazımlığına görə tutduğu, ya tutacağı mövqeyi, yeri göstərir. □ Planda duran məsələlər.
7. Zərf kimi məcazi mənada: planda şəklində – kinoda şəkillərin böyük, ya kiçik masştabda verilməsi. □ Şəkli orta planda vermək.
8. Zərf kimi məcazi mənada: planda şəklində – nöqteyi-nəzərdən, baxımdan. □ Əsəri nəzəri planda müzakirə etmək.
See also:
Coğrafiya. Günəşin ətrafında fırlanan və Günəş işığının inikası ilə işıqlanan göy cismi; səyyarə. □ Böyük planetlər. Mars planeti.
See also:
1. Qübbəvarı ekranda planet və başqa göy cisimlərinin yerini və hərəkətini göstərən cihazlar sistemi, qurğu.
2. Qübbəvarı ekranda planet və başqa göy cisimlərinin yerini və hərəkətini göstərən qurğu vasitəsilə planetlərin yeri və hərəkəti nümayiş etdirilən xüsusi bina. □ Moskva planetarisi.
Azərbaycan dilinin izahlı lüğəti