Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

planlaşdırmaq [plannaşdırmax] feil

1. Tikinti, qurğu və s.-nin planını və ya layihəsini tərtib etmək, hazırlamaq, planlamaq. □ Binanı planlaşdırmaq.

2. Plana, çertyoja əsasən düzəltmək, yerləşdirmək; bir şeyin çertyoja, plana əsasən qurulması, yerləşdirilməsi üçün yer ayırmaq. □ Parkı planlaşdırmaq.

3. Hər hansı bir tədbirin, işin və s.-nin gedişi, inkişaf etdirilməsi planını tərtib etmək. □ Yaz tarla işlərini planlaşdırmaq.

4. Bir işin həyata keçirilməsi, başa çatdırılması üçün plan üzrə vaxt təyin etmək. □ Ekspedisiyanı may ayına planlaşdırmaq.

Azərbaycan dilinin izahlı lüğəti