Rəsmi iclasın, toplantının, tədbirin qəsdən pozulması. □ Obstruksiya, adətən, səs-küy salmaq, qışqırmaq, ayağını yerə döymək, mətləbə dəxli olmayan çıxışlar etmək, hər şeyi etirazla qarşılamaq və s. formalarda özünü göstərir.
Azərbaycan dilinin izahlı lüğəti1. Musiqi. Diatonik qammanın 8-ci tonu, həmçinin 1-ci və 8-ci ton arasındakı interval; musiqidə ən aşağı bas. □ Oktavaya uyğunlaşmaq.
2. Ədəbiyyatşünaslıq. Birinci altı misrası iki çarpaz qafiyəli, sonuncu iki misrası isə yanaşı qafiyəli səkkizmisralı şeir bəndi. □ Oktavadan sətirlər.
Azərbaycan dilinin izahlı lüğəti1. İri monopolistlərin siyasi və iqtisadi hakimiyyəti ələ alaraq hər şeyə nəzarət etməsi. □ Oliqarxların hakimiyyəti.
2. Keçid dövrünü yaşayan ölkələrdə yayılmış idarəçilik forması. □ Oliqarxiya idarəçilik formasında dövlət hakimiyyəti bir qrup, adətən, iqtisadi cəhətdən güclü şəxslərə məxsus olur.
Azərbaycan dilinin izahlı lüğətiHüquq. İnsan hüquqlarının qorunması və vətəndaşların şikayətlərinə baxılması üçün xüsusi olaraq seçilmiş və ya təyin edilmiş vəzifəli şəxs; müvəkkil. □ Avropa ölkələrində ombudsmanın əsas vəzifəsi məmurlar tərəfindən hüquqları pozulmuş vətəndaşların şikayətlərinə baxmaqdır.
See also:
Birbaşa, canlı; informasiya-kommunikasiya texnologiyalarında (İKT) real vaxt rejimi. □ Onlayn xəbərlər.
See also:
1. Musiqi. Sözün, səhnə hərəkəti və musiqinin sintezindən ibarət dram sənəti janrı; bu janrda yazılmış əsər. □ “Koroğlu” operası.
2. Bu cür əsərlərin tamaşaya qoyulduğu teatr binası. □ Bu gün operada nə gedir?
See also:
1. Musiqi. Kiçik opera; danışıq, rəqs və vokal-musiqi ifalarının növbələşdiyi, adətən, komediya xarakterli səhnə əsəri. □ Operettaya baxmaq.
2. Həmin əsərlərin səhnədə tamaşaya qoyulduğu teatr.
Azərbaycan dilinin izahlı lüğəti