1. Ətraflı fikirləşib düşündükdən sonra çətin və ya dolaşıq bir məsələ haqqında bu və ya digər nəticəyə, qərara gəlmə, ona cavab tapma. □ Problemin həlli.
2. Həyata keçirmə (keçirilmə), yerinə yetirilmə. □ Məsələnin qoyuluşu, müzakirəsi və həlli elə gəlib yetişmişdi ki, burada hiylə olduğunu heç kəs güman etməzdi. (Mir Cəlal).
3. Axtarılan rəqəmi, cavabı və s. tapma. □ Krossvordun həlli. Tənliyin həlli.
1. Bir cismin və ya mayenin suda və ya başqa maye içərisində öz tərkibini pozub onunla qarışması, onun içində əriməsi.
2. Sifət kimi: çox yetişmiş, dəymiş və ya çox bişmiş; yumşaq. □ Həll pomidor.
Azərbaycan dilinin izahlı lüğətiBir şeyin inkişafını, gələcəyini təmin edən, həll edən; başlıca, ümdə, əsas, ən mühüm. □ Həlledici mərhələ. Həlledici şərt.
1. Başqa maddəni içərisində həll edən, əridən. □ Kolbanı cizgiyə qədər həlledici maye ilə dəqiq surətdə doldurduqdan sonra cizgidən yuxarıda qalan damcıları süzgəc kağızı ilə qurudurlar.
2. İsim kimi: başqa maddəni öz içərisində həll edən, əridən maddə. □ Bu maddələr bərk və maye halda, bəzən də onların suda (və ya başqa həlledicilərdə) məhlulu şəklində tətbiq edilir.
Azərbaycan dilinin izahlı lüğəti