Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

halqa [halqa] isim

1. Çənbər, qurşaq, dairə şəklində gərək (əsasən metaldan olur); ümumiyyətlə, halqaya, çənbərə oxşayan hər şey. □ Qaratoyuq ayağını cələdən çəkdikdə qıl halqa daralıb onu bənd edirdi. (S.S.Axundov).
2. Kilid əvəzinə və ya qıfılı keçirmək üçün qapıya (bəzən də pəncərəyə) vurulan həmin formada alət. □ Böyük qapının böyük halqası olar. (Atalar sözü).
3. Bəzək üçün və ya evlilik simvolu kimi barmağa taxılan həmin formalı əşya; qaşsız üzük. □ Göylərin sanki bu Göygöl kimidir; Halqa üstündəki zümrüd kimidir. (M.Müşfiq).
4. İdman. Asılmış iki çənbərdən ibarət gimnastika aləti.
5. Zənciri əmələ gətirən dairəvi hissələrdən hər biri. □ Dövlət quruluşu belədir, məmləkətdə qoyulmuş qanunların hamısı zəncirin halqası kimi bir-birinə bənd olubdur. (M.S.Ordubadi).
6. Həmin formada olan hər bir şey; dairə, dövrə. □ Tüstü halqaları.
7. Dövrələyən, mühasirəyə alan, qapayan şey; mühasirə. □ Düşmən halqasını yarıb keçdilər.
8. Göz almasının yerləşdiyi çuxur; göz çuxuru. □ ..Halqasından çıxmaqda olan ala gözlərini Firiduna dikib susdu. (M.İbrahimov).

Azərbaycan dilinin izahlı lüğəti