1. Havaya qalxmaq, uçmaq. □ Göyərçinlər havalandı.
2. Məcazi mənada: cuşa gəlmək, şövqə gəlmək, vəcdə gəlmək, ruhlanmaq, şövqlənmək. □ Çal, havalan, santurum; Çal ki, tellər oynasın. (A.Şaiq).
3. Məcazi mənada: azmaq, coşmaq, qızışmaq, özündən çıxmaq; tutması tutmaq, ağlı başından oynamaq. □ Salman havalanıb pörtərək eybəcər və iyrənc şəklə düşdü. (M.İbrahimov).
1. İşləmədən, zəhmət çəkmədən, zəhmətsiz. □ Düşündüm, ən nəhayət şair qəlbimə damdı; Süfrəsində havayı çörək yeyənləri vardı. (S.Rüstəm).
2. Boş yerə, əbəs, nahaq, hədər. □ Havayı işləmək.
3. Sifət kimi: boş, faydasız, dəyərsiz, mənasız, əsassız. □ Havayı söhbət.
4. Pulsuz, məccani, qarşılıqsız. □ İlxıçının qazancı havayı at minmək olar. (Atalar sözü).