Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

havalanmaq [havalammax] feil

1. Havaya qalxmaq, uçmaq. □ Göyərçinlər havalandı.
2. Məcazi mənada: cuşa gəlmək, şövqə gəlmək, vəcdə gəlmək, ruhlanmaq, şövqlənmək. □ Çal, havalan, santurum; Çal ki, tellər oynasın. (A.Şaiq).
3. Məcazi mənada: azmaq, coşmaq, qızışmaq, özündən çıxmaq; tutması tutmaq, ağlı başından oynamaq. □ Salman havalanıb pörtərək eybəcər və iyrənc şəklə düşdü. (M.İbrahimov).

Azərbaycan dilinin izahlı lüğəti