1. Yaxşı bəslənməkdən, yaxşı qulluq edilməkdən kökəlmək, qızışmaq, harınlaşmaq. □ At bütün qışı tövlədə xama bağlanıb, yeyib harınlamışdı.
2. Məcazi mənada: qudurmaq, azğınlaşmaq, vəhşiləşmək, harınlaşmaq. □ Dəniz kimi kükrədilər, dalğa kimi döş gərdilər; Harınlamış polislərə onlar yumruq göstərdilər. (B.Vahabzadə).
1. Daşdan, kərpicdən və s.-dən tikilən barı, sədd. □ Bağın hasarı. Hasardan aşmaq.
2. Məcazi mənada: bir şeyin birləşməsinə, yaxınlaşmasına mane olan şey; maneə, sədd.
3. Hasarı, çəpəri xatırladan adam, ya şeylər sırası. □ Yolun o tay-bu tayında hasar təşkil edən dilənçilər, kor və əlillər.. sədəqə diləyirdilər. (Y.V.Çəmənzəminli).
See also:
1. Nəticə kimi ortaya çıxan şey; nəticə, səmərə. □ Körpü altda dörd barmaq; Hasil olur yağ-qaymaq. "İnək döşləri" (Tapmaca).
2. Sifət kimi: hüsula gələn, vücuda gələn, ortaya çıxan, törəyən; nəticə kimi ortaya çıxan şey; nəticə, səmərə.
3. Arxaizm. Torpaqda yetişdirilən taxıl, meyvə, tərəvəz və s. □ Bir pud buğda əkib əvəzində iki yüz pud hasil alırlarmış. (S.Hüseyn).
4. Riyaziyyat. Vurma əməlində alınan rəqəm. □ 2 ilə 3-ün hasili 6-dır.
See also: