1. Göy rəng almaq, göy olmaq, göyləşmək, maviləşmək.
2. Zərbə və ya bərk şeyə toxunma nəticəsində bədənin bir yeri göy olmaq. Üz-gözü göyərmək.
3. Məcazi mənada: soyuqdan, hirsdən, qeyzdən göy olmaq, göy rəng almaq. □ Soyuqdan yanaqları göyərmək.
4. Məcazi mənada: bərk hirslənib özündən çıxmaq. □ Görüb o quşları göyərdi Osman; Turutun düzündə olduğu zaman. (H.K.Sanılı).
5. Uzaqdan görünmək (göy şey haqqında). □ Uzaqdan dəniz göyərirdi.
1. Bitmək, göyərməyə başlamaq, cücərmək. □ Səməni göyərdi.
2. Məcazi mənada: baş vermək, nəşət etmək, əmələ gəlmək, səbəb olmaq. □ Fitnə göyərir torpağımızdan, daşımızdan; Tarac edərək bac alarız qardaşımızdan. (M.Ə.Sabir).
3. Məcazi mənada: bir nəticə vermək, nəticə hasil olmaq. □ Ürəyimdən keçənlər bir-bir göyərir. (Mir Cəlal).
Yaşıllaşmağa başlamaq, yaşıllaşmaq. □ Bağlar göyərib.
See also:
1. Ümumiyyətlə bitkilər (ot, ağaclar, yarpaqlar). □ Hansı şeydir dəyişməyib dünyada; Göyərti də, heyvanat da, hava da. (A.Səhhət).
2. Yeyilən və xörəyə işlənən otlar; göy, səbzəvat. □ 5 dəstə göyərti.
Zərbə, bərk bir şeyə toxunma və s. nəticəsində bədənin hər hansı bir yerində əmələ gələn ləkə; qançır. □ Üzündəki göyərti.
Azərbaycan dilinin izahlı lüğəti