Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

göyərmək1 [göyərməx'] feil

1. Göy rəng almaq, göy olmaq, göyləşmək, maviləşmək.
2. Zərbə və ya bərk şeyə toxunma nəticəsində bədənin bir yeri göy olmaq. Üz-gözü göyərmək.
3. Məcazi mənada: soyuqdan, hirsdən, qeyzdən göy olmaq, göy rəng almaq. □ Soyuqdan yanaqları göyərmək.
4. Məcazi mənada: bərk hirslənib özündən çıxmaq. □ Görüb o quşları göyərdi Osman; Turutun düzündə olduğu zaman. (H.K.Sanılı).
5. Uzaqdan görünmək (göy şey haqqında). □ Uzaqdan dəniz göyərirdi.

göyərmək2 [göyərməx'] feil

1. Bitmək, göyərməyə başlamaq, cücərmək. □ Səməni göyərdi.
2. Məcazi mənada: baş vermək, nəşət etmək, əmələ gəlmək, səbəb olmaq. □ Fitnə göyərir torpağımızdan, daşımızdan; Tarac edərək bac alarız qardaşımızdan. (M.Ə.Sabir).
3. Məcazi mənada: bir nəticə vermək, nəticə hasil olmaq. □ Ürəyimdən keçənlər bir-bir göyərir. (Mir Cəlal).

göyərmək3 [göyərməx'] feil

Yaşıllaşmağa başlamaq, yaşıllaşmaq. □ Bağlar göyərib.

Həmçinin bax:

frazeologizm: qum göyərəndə frazeologizm: muradı göyərmək Azərbaycan dilinin izahlı lüğəti