1. Kütlə qabağında çıxış edən artistlər üçün tikilən açıq səhnə, taxta meydança. □..Qədim Misirdə sehrbazlar və bu sehrbazların oyun çıxarmaları üçün müəyyən estradalar – səhnələr olmuşdur. (Ə.Haqverdiyev).
2. Estradada göstərilən, nömrələri tez-tez dəyişən konsertlərdən və s.-dən ibarət kiçik formalı tamaşa. □ Estrada orkestri. Estrada nömrələri.
1. Hərbi. Cəbhə dərinliyində və ya girintili-çıxıntılı vəziyyətdə mövqe tutan və bu qaydada yeriyən qoşun hissəsi. □ Bir neçə gün idi ki, hərbi eşelonlar Qardaban-Qarayazı stansiyalarında dayanıb yol gözləyirdilər. (İ.Şıxlı).
2. Hərbi. Kütləvi surətdə minik daşıyan qoşun qatarı, əsgəri qatar. □ Biz Şahtaxtıda ikən Sparskinin Təbrizə gedən son əsgəri eşelonu gəlib Culfaya getdi. (M.S.Ordubadi).
3. Ümumiyyətlə, müəyyən yerə gedən dəmiryol, yük və ya minik qatarı. □ ..Gətirilən taxta-dirək eşelonu bu gün Təzəşəhərə çatmışdı. (Mir Cəlal).