Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

eşələmək [eşələməx'] feil

1. Torpaq, kül kimi toz halında olan şeyləri bir şeylə ehmallı qazımaq, qarışdırmaq. Qazan xan tonqalın kənarında oturub gözünü bir nöqtəyə zilləmiş, əlindəki çubuqla külü eşələyir. (M.Rzaquluzadə).
2. Axtarmaq, araşdırmaq, əlləşdirmək, töküb-töküşdürmək, dağıtmaq. Rüstəm bəy kitabları eşələyib bir əsər çıxardı: – Bax, bunu hər bir qadın oxumalıdır! – deyə bir kitab verdi. (Y.V.Çəmənzəminli).

See also:

frazeologizm: köhnə küllükləri eşələmək Azərbaycan dilinin izahlı lüğəti