1. Eniş və yoxuş yer. □ Yenə könlüm quşu; Dönmüş ovçu tərlana; Duymaz eniş-yoxuşu; Qanad çalır hər yana. (A.Şaiq).
2. Zərf kimi: aşağı-yuxarı, hər tərəf mənasında. □ O qayıdıb bazara yönəldi. Bazarı eniş-yoxuş gəzdi. (S.Rəhimov).
3. Sifət kimi: eniş və yoxuş olan. □ Eniş-yoxuş yollar.
1. Eninə böyümək, genəlmək. □ Jaket geyiləndən sonra enlənib.
2. Enə vermək, eninə artmaq. □ Bunu qırıb atdıqda pambıq gücü uzanmağa yox, enlənməyə verir. (Ə.Vəliyev).
3. Genişlənmək, yayılmaq, artmaq. □ Duman enlənib hər tərəfi tutdu.
4. Məcazi mənada: kökəlmək. □ Yaşadıqca cavanlana, enlənə; Bir hicabda, bir pərdədə əylənə. (M.P.Vaqif).
5. Məcazi mənada: yayılmaq, yayılıb oturmaq. □..Qıssa, turşumuş xəmir kimi enlənib oturur. (Mir Cəlal).
6. Məcazi mənada: şadlanmaq, sevinmək, məmnun olmaq. □ Bitərəflər sıralardan bir-bir dartınıb iclası tərk etdikcə Mehdiqulu enlənir, şişirdi. (Mir Cəlal).