Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

enlənmək [ennənməx'] feil

1. Eninə böyümək, genəlmək. Jaket geyiləndən sonra enlənib.
2. Enə vermək, eninə artmaq. Bunu qırıb atdıqda pambıq gücü uzanmağa yox, enlənməyə verir. (Ə.Vəliyev).
3. Genişlənmək, yayılmaq, artmaq. Duman enlənib hər tərəfi tutdu.
4. Məcazi mənada: kökəlmək. Yaşadıqca cavanlana, enlənə; Bir hicabda, bir pərdədə əylənə. (M.P.Vaqif).
5. Məcazi mənada: yayılmaq, yayılıb oturmaq. ..Qıssa, turşumuş xəmir kimi enlənib oturur. (Mir Cəlal).
6. Məcazi mənada: şadlanmaq, sevinmək, məmnun olmaq. Bitərəflər sıralardan bir-bir dartınıb iclası tərk etdikcə Mehdiqulu enlənir, şişirdi. (Mir Cəlal).

Azərbaycan dilinin izahlı lüğəti