Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

eksperiment [ek'speriment] isim lat. experimentum – sınaq, təcrübə

Elmi araşdırma çərçivəsində hansısa fərziyyənin, problemin qəbul edilmiş vasitə və metodlarla öyrənilməsi, təsdiqi üçün həyata keçirilən praktik fəaliyyət, təcrübə. □ Eksperiment aparmaq.

Azərbaycan dilinin izahlı lüğəti

ekspert [ek'spert] isim lat. expertus – təcrübəli

Konkret fəaliyyət sahəsində (siyasət, iqtisadiyyat, hüquq və s.) peşəkar rəy verməyə qadir olan mütəxəssis. □ Ekspert şərhi. Ekspert rəyi.

See also:

jurnalistika: ekspert bankı jurnalistika: ekspert rəyi Azərbaycan dilinin izahlı lüğəti

ekspertiza [ek'spertiza] isim lat. expertus – yoxlama, cavablandırma

Mübahisəli məsələlərin həlli üçün dəvət edilən mütəxəssislər qrupunun apardığı dəqiq yoxlama və ya qiymətləndirmə prosesi. □ Tibbi ekspertiza.

See also:

jurnalistika: dil ekspertizası jurnalistika: linqvistik ekspertiza jurnalistika: mətnin ekspertizası Azərbaycan dilinin izahlı lüğəti

eksponat [ek'spanat] isim lat. exponatus – nümayiş etdirilən, göstərilən

Muzey, yaxud sərgi salonlarında nümayiş etdirilən və müəyyən tarixi, bədii, informativ dəyəri olan əşya. □ Nadir eksponat.

Azərbaycan dilinin izahlı lüğəti

eksport [ek'sport] isim latın

İqtisadiyyat. Xaricə satış və ya mübadilə məqsədilə mal, əmtəə aparılması, ixrac. □ Eksport mallar.

Azərbaycan dilinin izahlı lüğəti

ekspozisiya [ek'spazisiya] isim lat. expositio – ifadə etmək, təsvir

1. Müxtəlif şeylərin, materialların və s.-nin müəyyən qayda üzrə yerləşdirilməsi, düzülüşü, qoyuluşu; tamaşa edilmək üçün müəyyən qaydada, müəyyən sistemdə düzülmüş, yerləşdirilmiş, qoyulmuş şeylər. □ Sərginin düzgün ekspozisiyası. Muzey ekspozisiyası.

2. Ədəbi əsərin süjetinin hissələrindən biri. □ Ekspozisiyada əsərin əks etdirdiyi əhvalatların lap əvvəlki tarixçəsi, bu əhvalatların hansı şəraitdə yaranıb inkişaf etdiyi göstərilir.

3. Fizika. Şəkil çəkərkən fotoaparat obyektivinin açıq qalmalı olduğu müddət.

Azərbaycan dilinin izahlı lüğəti

ekspres [ek'spres] isim ing. express < lat. expressus – sürətli

1. Böyük məsafələri dayanmadan gedən sürətli nəqliyyat vasitəsi (qatar, gəmi, avtobus). □ Ekspres qatar.

2. Sifət kimi: təcili, sürətli, tələsik. □ Ekspres sorğu.

Azərbaycan dilinin izahlı lüğəti

ekspressiya [ek'spressiya] isim lat. expressio

1. Nitqin obrazlılıq, emosionallıq keyfiyyəti; ifadəlilik; hislərin, baxışların ifadəsinin xüsusi gücü. □ Xüsusi nəvaziş – əzizləmə, kiçiltmə bildirən şəkilçilər, məcazlar, ritorik fiqurlar da ekspressiya vasitələri hesab olunur.

2. İncəsənət. Xüsusi emosional təsir gücünə malik olan bədii əsərlərə xas keyfiyyət. □ Ekspressiya bütöv bir əsər və ya onun ayrı-ayrı hissələri üçün səciyyəvi ola bilər.

Azərbaycan dilinin izahlı lüğəti

ekspromt [ek'spromt] sifət lat. expromptus – hazır vəziyyətdə olma, əl altında olan

1. Xüsusi hazırlıq olmadan deyilən, ifa olunduğu anda yaradılan, improvizasiyaya əsaslanan (şeir, musiqi əsəri, danışıq, yaxud hərəkət). □ Ekspromt çıxış.

2. İsim kimi: bədahətən, yaxud qabaqcadan düşünülmədən yazılan epiqram, zarafat xarakterli kiçik şeir. □ Meyxanaçının növbəti ekspromtu.

Azərbaycan dilinin izahlı lüğəti

ekstaz [ek'staz] isim yun. extasis – heyran olma

Bir şeyə vurğunluğun, heyrətdən doğan coşqunluğun yüksək həddi. □ Ekstaza gəlmək.

Azərbaycan dilinin izahlı lüğəti

ekstensiv [ek'stensif] sifət lat. extensivus – sərbəst, istənilən kimi, müxtəlif məna verilə bilən

Dərinə deyil, enə (yana) inkişaf edən; keyfiyyətlə yox, kəmiyyətlə bağlı olan; intensivliyə zidd olan anlayış. □ Ekstensiv əmək.

See also:

coğrafiya: ekstensiv inkişaf Azərbaycan dilinin izahlı lüğəti

ekstern [ek'stern] isim lat. externus – zahiri, kənar, yad, özgə

1. Ali təhsil müəssisəsində oxumadan orada imtahan verən şəxs. □ Ekstern imtahan.

2. Təcrübə keçmək məqsədilə xəstəxanada pulsuz işləyən həkim. □ Ekstern şərtləri ilə çalışmaq.

Azərbaycan dilinin izahlı lüğəti

eksteryer [ek'steryer] isim fr. exterieur < lat. exterior – zahiri görünüş

Binanın, maşının və s. xarici görünüşü, dizaynı. □ Villanın eksteryeri.

Azərbaycan dilinin izahlı lüğəti

ekstra [ek'stra] sifət lat. extra – həddən artıq

Ən yaxşı, ən keyfiyyətli, ən yüksək. □ Ekstra çay.

Azərbaycan dilinin izahlı lüğəti

ekstradisiya [ek'stradisiya] isim fr. extradition < lat. ex... – “-dan2” şəkilçisi + traditio – ötürmə, vermə

Cinayətkarın başqa ölkəyə verilməsi; bir ölkənin ərazisində cinayət törətmiş şəxsin mühakimə olunmaq və həbs cəzası çəkmək üçün həmin dövlətə təhvil verilməsi. □ Müttəhimi ekstradisiya etmək.

Azərbaycan dilinin izahlı lüğəti