Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

linqvistik ekspertiza

lat. lingua – dil + lat. expertus – təcrübəli

1. Nitq ­fə­a­­liyyəti məhsullarının, müxtəlif mətn­lərin müəllifliyi, yaxud dəqiq izahı ilə bağlı suallara aydınlıq gətirmək üçün onların dilçi mütəxəssislər tərəfindən araşdırıl­ması.

L.E. dilçilik nəzəriyyələri əsa­sında hazırlanan üsullarla həyata keçirilir, ayrı-ayrı sözlərə, cümlələrə, bütöv mətnlərə, qrafik təsvirlərin sözlə ifadəsinə və s.-yə şamil edilir. L.E. mübahisəli məsə­lələrdə hüquqi əhəmiyyət kəsb edən sübut toplamaq üçün səlahiyyətli orqanlar (şəxs­lər), daha çox məhkəmələr tərəfindən tə­yin olu­nur. Məhkəmə L.E.-sının başlıca ob­yekt­ləri media materialları, yazılı və şifa­hi çı­xışlar, bəzi hallarda reklam müra­ci­ət­ləri, sənədlər, ticarət nişanlarıdır. Şərəf və lə­ya­qətin alçaldılması, KİV-də qeyri-qanuni çağırışlara yol verilməsi, müəllif hü­quq­­la­rının qorunması ilə bağlı işlərdə, habe­lə qanunlarda konkret müddəaların təfsiri­ni vermək ehtiyacı yarandıqda məh­kə­mə L.E.-sı­nın keçirilməsi hallarına rast gəli­­nir. 

2. Normativ-hüquqi aktların dil ­xü­­­s­u­­­­­­­­siy­­­­yətlərinin təhlili, belə sənədlərin ha­zırlanması qaydalarından biri.

Azər­baycan qanunvericiliyinə görə, normativ- hüquqi aktların layihələri məcburi qayda­da L.E.-dan keçirilməli, oradakı anla­yışların ye­rində işlədilib-işlədilmədiyi, terminlərin düz­günlüyü yoxlanılmalıdır. Nəticə eti­bari­lə aktın rədd edilməsi, yenidən işlənməyə göndərilməsi, yaxud dəstəklənməsi barə­də rəy çıxarılmalıdır.

See also:

Jurnalistika terminləri lüğəti