Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

dağ1 [dağ] isim etim.

1. Coğrafiya. Yerin hündür, dik, yamaclı və zirvəli hissəsi. □ Qafqaz dağları. Dağ dağa rast gəlməz, adam adama rast gələr. (Atalar sözü)
2. Yaylaq, dağüstü düzənlik; “aran” qarşılığı olaraq uca yer, dağlıq yer. □ Bir qədər çaydan uzaq; Od qalamış dağda çoban. (A.Səhhət)
3. Məcazi mənada: çox möhkəm, əzəmətli, sarsılmaz şey haqqında. □ Bənzərəm bir qocaman dağa ki dəryada durar. (M.Ə.Sabir)
4. Məcazi mənada: çoxluq, böyüklük, ucalıq kimi təşbeh bildirir (çox zaman “kimi” qoşması ilə birlikdə işlənir). □ Kitablar dağ kimi yığılmışdır.

dağ2 [dağ] isim fars

1. Damğa, qızdırılmış dəmirlə qoyulmuş iz.

2. Sifət kimi: qaynamaqda olan, qaynar. □ Saleh dağ sudan çaynikə alıb, onu çalxadı. (M.İbrahimov)

3. Məcazi mənada: ağır dərd, qəm, kədər, qüssə, ürək yarası; şiddətli təsir. □ Ayrılıq dağı. Övlad dağı.

See also:

frazeologizm: ağzını dağa dirəmək frazeologizm: arana-dağa getmək frazeologizm: aranda tutdan, dağda qurutdan olmaq frazeologizm: aranı dağa, dağı arana daşımaq (aparmaq) frazeologizm: arxasında dağ kimi dayanmaq frazeologizm: bir gözü çaya (ala dağa) baxır, bir gözü aya (qara dağa) frazeologizm: çalın-çarpaz dağ çəkmək frazeologizm: çiynindən dağ götürülmək frazeologizm: dağ aşırmaq frazeologizm: dağ başına çıxarmaq (qaldırmaq) frazeologizm: dağ çəkmək (basmaq) frazeologizm: dağ eləmək frazeologizm: dağa dırmaşdırmaq frazeologizm: dağa əl atsa, yerindən qoparar frazeologizm: dağdan ağır frazeologizm: dağdan gəlib bağdakını qovmaq frazeologizm: dağı arana, aranı dağa daşımaq (aparmaq) frazeologizm: dağı dağ üstə qoymaq frazeologizm: dağına baxıb qar vermək frazeologizm: dalı dağa söykənmək frazeologizm: dalında dağ kimi durmaq frazeologizm: dalını dağa söykəmək frazeologizm: qəlbi dağa dönmək frazeologizm: qızıl dağlar vəd etmək frazeologizm: oğul dağı görmək frazeologizm: özünü dağ başına qoymaq frazeologizm: sənə güvəndiyim dağlar, sənə də qar yağarmış frazeologizm: sinəsinə dağ çəkmək (basmaq) frazeologizm: Tur dağına dönmək frazeologizm: ürəyi dağ boyda olmaq frazeologizm: ürəyi dağa dönmək frazeologizm: ürəyinə dağ çəkmək (basmaq) frazeologizm: üstündən ağır yük (dağ) götürülmək coğrafiya: asimmetrik dağ coğrafiya: cavan dağlar coğrafiya: dağ buzlağı coğrafiya: dağ bülluru coğrafiya: dağ düyünü coğrafiya: dağ ətəyi coğrafiya: dağ gölü coğrafiya: dağ keçidi coğrafiya: dağ kompası coğrafiya: dağ massivi coğrafiya: dağ platosu coğrafiya: dağ silsiləsi coğrafiya: dağ sistemi coğrafiya: dağ terrası coğrafiya: dağ uçqunu coğrafiya: dağ yalı coğrafiya: dağ zirvəsi coğrafiya: dağın tarazlıq profili coğrafiya: erozion dağlar coğrafiya: faylı dağlar coğrafiya: qalıq dağ coğrafiya: qədim dağlar coğrafiya: qırışıq dağlar coğrafiya: orta okean dağ silsilələri coğrafiya: şahid dağlar coğrafiya: tava dağlar coğrafiya: tektonik dağ coğrafiya: uca dağ iqlimi coğrafiya: vulkanik dağlar coğrafiya: yenidən törənmiş dağ sistemləri Azərbaycan dilinin izahlı lüğəti