Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

dadmaq [dadmax] feil

1. Dadını, tamını bilmək üçün bir az yemək və ya içmək; ümumiyyətlə yemək, ya içmək. □ Dadmaqla mal tükənməz. (Atalar sözü).
2. Müəyyən dad, tam vermək. □ Şirin dadmaq. Acı dadmaq. Turş dadmaq.
3. Məcazi mənada: sınamaq, təcrübə etmək, hiss etmək, duymaq. □ Qoy nakam getməsin dünyadan o qız; Dadsın hər arzunun yüz nemətini. (S.Vurğun).
4. Məcazi mənada: çəkmək, düçar olmaq, məruz qalmaq, görmək, keçirmək, başına gəlmək. □ Həyatın acılığını dadmaq.
5. Məcazi mənada: qanmaq, anlamaq, başa düşmək, duymaq. □ Əsgərin ağlı koxanın danışığından bir şey dadmadı. (S.Rəhimov).

Həmçinin bax:

frazeologizm: əlinin duzunu dadmaq frazeologizm: əlinin suyunu dadmaq frazeologizm: tamarzıdan alıb dadmışa vermək Azərbaycan dilinin izahlı lüğəti