İnsan bədəninin kəllə və sifətdən ibarət olan yuxarı hissəsi.
See also:
1. Başını aşağı dikmiş halda, başını aşağı salmış halda. □ Sərdar evlərinin qabağında bir daxmaya girib, səhərdən axşama kimi başıaşağı iynə vurmaqdadır. (C.Məmmədquluzadə).
2. Tərsinə dönmüş, baş tərəfi aşağıya çevrilmiş. □ Stəkanı başıaşağı qoymaq. Başıaşağı durmaq.
3. Getdikcə aşağıya tərəf; mayili, eniş, yuxarıdan aşağı. □ Başıaşağı gedən yol. Dağdan başıaşağı enmək.
4. Çayda suyun axıb getdiyi tərəfə. □ Çayla başıaşağı üzdüm.
5. Sifət kimi məcazi mənada: sakit, dinc, fağır, heç kəslə işi olmayan, ancaq öz işi ilə məşğul olan. □ Başıaşağı adam.
1. Başı örtülü halda olan; hicablı. □ Başıbağlı qadın.
2. Ağzıbağlı, düyünlənmiş; örtülü, qapalı. □ Qəhrəman bu təzə düzələn dəftərxanaya girsə, yuxarıdan başıbağlı gələn kağızları açar, oxuyar, özü də o kişilərin elmlərini öyrənə bilər. (S.Rəhimov).
3. Beh verilmiş, satılmış, lakin hələlik aparılmamış (mal və s. haqqında).
4. İstifadəsi, toxunulması rəsmi surətdə qadağan olunmuş. □ Başıbağlı mal. Başıbağlı mülk.
5. Məcazi mənada: evli, ailəli, arvadı olan.
Çox müsibət çəkmiş, daim bəla və uğursuzluğa rast gələn, həmişə əziyyət və zəhmətdə olan; talesiz, bəxtsiz (bəzən istehza və ya tənə ilə deyilir). □ Nə soxulmusan araya, a başıbəlalı fələ; Nə xəyal ilə olubsan belə iddialı, fələ. (M.Ə.Sabir)
Azərbaycan dilinin izahlı lüğəti