Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

bakalavr [bak'alavr] isim lat. baccalarius < bacca – giləmeyvə + laurus – dəfnə çələngi

Pedaqogika. Ali məktəblərdə təhsilin dördillik (bəzi ölkələrdə 3-5) ilk pilləsi. □ Bakalavr təhsili.

Azərbaycan dilinin izahlı lüğəti

baktrian [bak'triyan] isim lat. bactrian – böyük dəvə

Zoologiya. İkihürgüclü dəvə. □ Birhürgüclü dəvə ilə müqayisədə baktrianlar daha sıx yun örtüyünə malikdir.

See also:

Azərbaycan dilinin izahlı lüğəti

balans [balans] isim fr. balancehərf. tərəzi

1. Hər hansı prosesin, fəaliyyətin bir-biri ilə bağlı olan göstəricilərinin nisbəti. □ Balansa nəzarət etmək.

2. Maliyyə. Mühasibatda aktiv və passivin, debetkreditin, mədaxil və məxaricin nisbətini göstərən yekun cədvəl. □ Maliyyə balansı.

3. Siyasətdə, iqtisadiyyatda, mediada münaqişəli problemlərin həlli, təqdim olunması zamanı müxtəlif tərəflərin maraqlarının nəzərə alınması. □ Balanslaşdırılmış siyasət.

4. İdman. Gimnastika, akrobatika, ekvilibristika məşğələləri zamanı bədənin müvazinəti. □ Balansı itirmək.

See also:

coğrafiya: atmosferin radiasiya balansı coğrafiya: mənfi ticarət balansı coğrafiya: müsbət ticarət balansı coğrafiya: radiasiya balansı coğrafiya: su balansı coğrafiya: ticarət balansı coğrafiya: Yer səthində rütubətin balansı coğrafiya: Yer səthinin istilik balansı coğrafiya: Yer-atmosfer sisteminin radiasiya balansı coğrafiya: Yerin su balansı Azərbaycan dilinin izahlı lüğəti

ballast [ballast] isim ing. ballast – yük

1. Dəmir yolunda şpal və ya plitələrə düşən təzyiqi azaltmaq, ağırlığı paylamaq, şpalları bərkitmək üçün torpaq layının üzərinə səpilmiş qumlu çınqıl, balıqqulağı təbəqəsi. □ Ballast qurmaq.

2. Gəmilərdə dalğa zərbəsinə davamlılığı təmin edən, müvazinəti saxlamaq üçün istifadə olunan yük (su, dəmir, daş və s.), həmçinin təyyarənin uçuşunu idarə etmək üçün saxlanılan xüsusi yük. □ Ballast müqaviməti.

Azərbaycan dilinin izahlı lüğəti

banal [banal] sifət fr. banal – orijinal olmayan, şablon

Yeni və orijinal olmayan, özəlliyini itirmiş, şablon və çeynənmiş tərz, üslub. □ Banal nitq.

Azərbaycan dilinin izahlı lüğəti

bank [bank'] isim ital. banco – sərraf masası

1. Əhalinin ehtiyat pullarını (əmanətləri) müvəqqəti cəmləyən, müəssisə və təşkilatlara, eləcə də ayrı-ayrı vətəndaşlara kredit verilməsini həyata keçirən, həmçinin idarə və ayrı-ayrı şəxslər arasında qarşılıqlı hesablaşmada vasitəçilik edən maliyyə qurumu. □ Bank krediti.

2. Bəzi kart (qumar) oyunlarında ortaya qoyulan pulların cəmi. □ Bank udmaq.

See also:

frazeologizm: bank üstündə oturmaq jurnalistika: bank sirri jurnalistika: ekspert bankı jurnalistika: məlumat bankı Azərbaycan dilinin izahlı lüğəti

banket [banket] isim fr. banqueter – şənlənmək

Təntənəli ziyafət. □ Banket zalı.

Azərbaycan dilinin izahlı lüğəti

banknot [bank'not] isim ing. bank-note – bank kağızları, biletlər

Maliyyə. Kağız pullar, faizsiz bank biletləri. □ Banknotlar nəzəri olaraq dövlət bankının qızıl, qiymətli metallar və başqa aktivləri ilə təmin olunur.

Azərbaycan dilinin izahlı lüğəti

bankrot [bank'rot] isim alm. bankrott – borcunu ödəyə bilməyən

Müflis vəziyyətə düşən, borclarını ödəməyə pulu olmayan, var-yoxu əlindən çıxan, iflasa uğrayan adam. □ Bankrot olmaq.

Azərbaycan dilinin izahlı lüğəti

banner [banner] isim ing. banner – bayraq

Müxtəlif izdihamlı yerlərdə, hamının görə biləcəyi yüksəklikdə qoyulan küçə reklamı; internetdə yerləşdirilən reklam bloku. □ Banner, adətən, islanmayan materialdan (məs.: plastikdən) düzəldilir.

Azərbaycan dilinin izahlı lüğəti