1. Ayrı, başqa. □ Əlahiddə müzakirə. Əlahiddə qiymət.
2. Xüsusi. □ ..O, mart ayının axırlarında Təbrizə gələcəyini yazmış və sizə əlahiddə salam göndərmişdir. (M.S.Ordubadi).
3. Zərf kimi: ayrıca, xüsusi. □ Əlahiddə yaşamaq. Əlahiddə çalışır.
1. Qarşılıqlı sıx münasibət, yaxınlıq, asılılıq, bir-biri ilə bağlılıq, bir-birindən asılı olma. □ Elmlə praktika arasında əlaqə. Beynəlxalq əlaqələr. Qohumluq əlaqəsi. Səbəbiyyət əlaqəsi. Elmlərin bir-biri ilə əlaqəsi. Dostluq əlaqəsi. Əlaqəsini kəsmək.
2. Ünsiyyət. □ Dil insanlar arasında əlaqə vasitəsidir.
3. Münasibət. □ Onların qadına qarşı əlaqələrindəki mehribanlığı xoşlayırdı. (M.İbrahimov).
4. Sevgi, ürək bağlılığı, məhəbbət. □ Qətibə bu əlaqənin başlanmasını öz məqsədinə uyğun bilirdi. (M.S.Ordubadi).
5. Cinsi yaxınlıq, müaşiqə.
6. Yaxın tanışlıq, dostluq, yaxınlıq. □ Musiqi aləmi ilə onun yaxın əlaqəsi vardır.
7. Rabitə, rabitə vasitəsi. □ Canlı əlaqə.
8. Maraq, münasibət. □ Əlaqə göstərmək. Əlaqə oyandırmaq.
9. İştirak, hissəsi olma, payı olma, aidiyyəti olma. □ Kitabın tərtibində onun da əlaqəsi var.
10. Dəxli olma, münasibəti olma; aidiyyət. □ Hərəmxana ilə heç bir əlaqəsi olmayan bu otaqların ancaq birisinin qapısı vardı. (S.Hüseyn).
See also:
Əlaqədar etmək, bir-biri ilə bağlamaq, aralarında əlaqə, münasibət, rabitə, uyğunluq yaratmaq; uzlaşdırmaq; bir-biri ilə əlaqədar halda göstərmək. □ Mühazirələrdə gətirilən faktik materialları bugünkü həyatla əlaqələndirmək lazımdır.
Azərbaycan dilinin izahlı lüğəti