Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

əlaqə [əla:qə] isim ərəb

1. Qarşılıqlı sıx münasibət, yaxınlıq, asılılıq, bir-biri ilə bağlılıq, bir-birindən asılı olma. Elmlə praktika arasında əlaqə. Beynəlxalq əlaqələr. Qohumluq əlaqəsi. Səbəbiyyət əlaqəsi. Elmlərin bir-biri ilə əlaqəsi. Dostluq əlaqəsi. Əlaqəsini kəsmək.
2. Ünsiyyət. Dil insanlar arasında əlaqə vasitəsidir.
3. Münasibət. Onların qadına qarşı əlaqələrindəki mehribanlığı xoşlayırdı. (M.İbrahimov).
4. Sevgi, ürək bağlılığı, məhəbbət. Qətibə bu əlaqənin başlanmasını öz məqsədinə uyğun bilirdi. (M.S.Ordubadi).
5. Cinsi yaxınlıq, müaşiqə.
6. Yaxın tanışlıq, dostluq, yaxınlıq. Musiqi aləmi ilə onun yaxın əlaqəsi vardır.
7. Rabitə, rabitə vasitəsi. Canlı əlaqə.
8. Maraq, münasibət. Əlaqə göstərmək. Əlaqə oyandırmaq.
9. İştirak, hissəsi olma, payı olma, aidiyyəti olma. Kitabın tərtibində onun da əlaqəsi var.
10. Dəxli olma, münasibəti olma; aidiyyət. Hərəmxana ilə heç bir əlaqəsi olmayan bu otaqların ancaq birisinin qapısı vardı. (S.Hüseyn).

See also:

jurnalistika: fiber optik əlaqə jurnalistika: ictimai əlaqələr jurnalistika: qarşılıqlı əlaqə Azərbaycan dilinin izahlı lüğəti