Mexanikanın bölməsi.
Hərəkəti cismin ölçülərini və ona təsir edən qüvvələri nəzərə almadan öyrənir. Əsas məsələsi cismin (nöqtənin) hərəkət tənliklərini və bütün nöqtələrinin hərəkətini xarakterizə edən kinematik kəmiyyətləri tapmaqdır. İki bölməsi var: nöqtə K.-sı və cisim K.-sı.
Fizika terminlər lüğətiCazibə qüvvələrinin (molekullararası qarşılıqlı təsir qüvvələri, hidrogen rabitəsi qüvvələri, kimyəvi rabitə qüvvələri) təsiri ilə cisim molekullarının (atomlarının, ionlarının) bir-birinə ilişməsi.
Bu qüvvələr maddənin fiziki və fiziki-kimyəvi xassələrini, aqreqat halını, uçuculuğunu, həllolma qabiliyyətini, mexaniki xassələrini və s.-ni müəyyən edir. Molekullararası və atomlararası qarşılıqlı təsirin intensivliyi (K. qüvvələri) məsafə böyüdükcə sürətlə azalır. Buna görə bərk cisim və mayelərdə K. böyük, qazlarda isə çox cüzidir. Molekullararası qarşılıqlı təsirin intensivlik ölçüsü K. enerjisinin sıxlığıdır. O, qarşılıqlı cazibədə olan molekul və ya atomları bir-birindən sonsuz uzaq məsafə qədər aralamaq (praktikada maddəni buxarlandırmaq və ya sublimasiya etdirmək) üçün sərf olunacaq işə ekvivalentdir.
Fizika terminlər lüğəti1. kim. Miqdarı analizin fotometrik üsulları qrupu.
Rəngli məhlulun udduğu işığın miqdarını ölçmək yolu ilə həmin məhlulda həll olmuş maddənin konsentrasiyasının müəyyən edilməsinə əsaslanır.
2. Rəngi ölçmək və riyazi ifadə etmək üsulları, həmçinin bu üsulların məcmusu haqqında elm.
Fizika terminlər lüğətitib. Həyat üçün təhlükəli hal.
Huşun itməsi, xarici qıcıqlara qarşı reaksiyanın olmaması, yaxud kəskin surətdə azalması, reflekslərin sönməsi, tənəffüs tezliyi və dərinliyinin, damar tonusunun, temperatur tənziminin pozulması ilə xarakterizə olunur. K. beyində qan dövranının kəskin pozulması, baş travmaları, beynin iltihabi xəstəlikləri, müxtəlif zəhərlənmələr, uremiya, şəkərli diabet, hepatit və digər xəstəliklərdə baş verən tormozlanmanın beyin qabığına, qabıqaltı düyünlərə və sinir sisteminin aşağıda yerləşmiş hissələrinə yayılması nəticəsində meydana çıxır. Müalicəsi: K.-nı törədən əsas səbəbi aradan qaldırmaq, turşu-qələvi tarazlığının, tənəffüs pozğunluğunun və beyində oksigen çatışmazlığının qarşısını almaq.
Optik sistemlərdə xəyalın təhrif növlərindən biri.
Optik sistemlərdən keçən şüa dəstəsinin sistemin oxuna nəzərən simmetriyası pozulduqda nöqtənin xəyalı qeyri-simmetrik işıqlı ləkə şəklində alınır. Ləkənin sahəsi apertur bucağının kvadratı və nöqtədən (obyektdən) sistemin oxunadək məsafə ilə mütənasib olur. Mərkəzləşmiş optik sistemin oxu üzərindəki nöqtə üçün K. sıfırdır. Lakin sferik səthlərdən hətta biri mərkəzlikdən çıxarsa, sistemin oxu üzərində yerləşmiş nöqtə üçün də K. müşahidə olunar. Müvafiq linzalar sistemi (aplanat) seçməklə K. sferik aberrasiya ilə birlikdə aradan qaldırılır.
Fizika terminlər lüğətiXarici qüvvə təsirindən qazın (havanın) tutduğu həcmin kiçildilməsi prosesi.
Nəticədə onun təzyiq və temperaturu yüksəlir. K.-dan kompressor, daxiliyanma mühərriki və s. qurğularda istifadə edilir. Bərk cisimlərə aid olduqda K. əvəzinə sıxılma termini işlədilir.
Fizika terminlər lüğətiProyeksiya olunan və ya baxılan obyektə düşən işıq dəstəsini toplayan linzalar (yaxud güzgülər) sistemi.
Sferik üzləri bir-birinə baxan iki eyni müstəvi-sferik linzadan ibarət K. daha geniş yayılmışdır. Belə sistemdə sferik aberrasiya az olur. Bəzən paraboloidal, ellipsoidal və s. səthli linzalardan, güzgü və güzgü-linza sistemlərindən də istifadə olunur.
Fizika terminlər lüğətiÖzlü mayenin, özlü plastik və ya özlü elastik maddənin reoloji xassələri məcmusu; konsistentlik.
K. anlayışı ona yaxın olan digər reoloji anlayışlardan (özlülük, axıcılıq, plastiklik və s.) fərqlənərək, bəzən öz dəqiq fiziki mənasından əlavə, bir texnoloji termin kimi, mayetəhər və bərktəhər material və məhsulların qatılıq dərəcəsini (qəlizliyini) göstərir. İstehsalatda K. termini vəsfi mənada işlədilir, məsələn, “bal K.-lı”, “kərə yağ K.-lı” və s. K. konsistometr cihazında şərti vahidlər və ya özlülük göstəriciləri ilə ölçülür.
Fizika terminlər lüğətielektr. Maddənin konsistensiyasını ölçən cihaz.
K. qənnadı, konserv, ət məhsulları və balıq emalı sənayesində, eləcə də çörək və yağ zavodlarında yeyinti məhsulları və yarımfabrikatların keyfiyyətini müəyyən etmək üçün geniş surətdə işlədilir. Bundan əlavə ondan bitumlu kütlələrin qatılığını (qəlizliyini), hazırlanan qatranın keyfiyyətini, sement istehsalında üyüdülmüş sulu xammalın (şlamın) axıcılığını və s. yoxlamaq üçün istifadə edilir. Konsistensiyası ölçüləcək məhsul ağzı açıq qabda cihazın iynəsi altına qoyulur, iynəyə sabit və ya dəyişən yüklə təsir göstərilir. Birinci halda iynənin obyektə müəyyən dərinliyə qədər batması müddəti təyin edilir, yaxud müəyyən müddət ərzində iynənin obyektə batdığı dərinlik ölçülür. İkinci halda müəyyən müddət ərzində iynəni tələb olunan dərinliyə qədər obyektə batıran yükün kütləsi təyin edilir.
Fizika terminlər lüğəti