Elementar zərrəciklərin məxsusi hərəkət miqdarı momenti.
Kvant təbiətlidir, elementar zərrəciklərin hərəkəti ilə əlaqədar deyil. Elementar zərrəciklərdən ibarət mikrosistemlərin (atom nüvəsi, atom) məxsusi hərəkət miqdarı momenti də S. adlanır.
Fizika terminlər lüğəti1. elektr. Həyəcanlandırıcı təsirlərin dəyişməsi zamanı tənzimolunan kəmiyyətin verilmiş qiymətini müəyyən dəqiqliklə avtomatik sabit saxlamağa imkan verən qurğu. 2. nəq. Aviasiyada uçuş aparatının havada üfüqi dayanaqlığını təmin edən aerodinamik səth. 3. Fotoqrafiyada S. – aşkarlama zamanı reduksiya olunmamış gümüş – halogenid qalıqlarının işığahəssas təbəqədən kənar edilməsi üçün kimyəvi qarışıq.
Fizika terminlər lüğətiEyni obyektin iki görmə nöqtəsindən çəkilmiş iki təsvirinin birləşməsi.
S.-ə baxarkən (belə ki, hər göz bu təsvirlərdən yalnız birini görsün) obyektin həcmli (stereoskopik) şəkli görünür. S.-dən stereokinoda, stereofotoqrafiyada, stereoskopik televiziyada, həmçinin elmi məqsədlər üçün istifadə edilir.
Fizika terminlər lüğəti1. iqt. Müxtəlif materiallardan məmulat hazırladıqda pəstah üzərində hazırlanacaq məmulatın profil (kontur) və ya formasının (həcmcə) alınması prosesi.
Proses surətçıxaran hissə ilə təchiz edilmiş torna, frez və b. dəzgahlarda, yaxud xüsusi surətçıxarma dəzgahlarında aparılır. Pəstahda profil kontur və ya forma almaq üçün şablon, nümunə, mopdel və s.-dən istifadə edilir.
2. Fotoqrafik təsvirin çap formasının üzərinə köçürülməsi prosesi.
poliq. Müxtəlif sənədlərin (orijinalların) surətlərinin (kopiyasının) hazırlanması prosesi.
Fizika terminlər lüğətiAdi müddətli sınaqlar zamanı qalıq deformasiyası yarada bilən qüvvəyə nisbətən az qüvvə təsirindən materialın zamana görə yavaş artan plastik deformasiyası; krip.
S. gərginliklər relaksasiyası ilə müşayiət olunur. Praktiki olaraq S. bütün konstruksiya materiallarına xasdır.
Fizika terminlər lüğətiİfrat soyuyan mayenin bərk şüşə halına keçməsi prosesi.
Metalların kristallaşmasından fərqli olaraq bir sıra qeyri-üzvi və üzvi maddələr (kvars, silikatlar, fosfatlar, boratlar, kükürd və s.) maye haldan bərk hala sıçrayışla keçmir, soyuyarkən tədricən özlülüklərini artıraraq Ş. temperaturunda bərkiyir. Bu halda alınan maddə Ş. temperaturundan böyük temperaturlarda malik olduğu daxili quruluşunu saxlayır.
Fizika terminlər lüğəti