Çap olunmuş material, çertyoj, əlyazma və s.-nin miniatür fotosurətinin foto və ya kino plyonkası üzərində alınması; mikrofotosurətalma.
M. informasiyanın tutduğu həcmi xeyli azaltmağa, onu uzun müddət saxlamağa və lazım gəldikdə ondan dərhal istifadəyə imkan verir.
Fizika terminlər lüğətiHər hansı müntəzəm prosesi xarakterizə edən kəmiyyətlərin zamandan asılı olaraq verilmiş qanun üzrə dəyişilməsi.
M. xarici təsirlərdən yaradılır.
mus. Bir tonallıqdan digərinə, eləcə də məqamına görə fərqlənən eyniadlı tonallığa (məsələn, do majordan do minora) keçid.
M. melodiya və harmoniyanı yeni çalarlarla zənginləşdirir, akkordların funksional əlaqəsini genişləndirir, musiqinin gərgin, dinamik inkişafına səbəb olur.
Fizika terminlər lüğətiFəsiləsiz kristal qəfəsilə xarakterizə oluna bilən bircinsli kristallik cisim.
M. həndəsi çoxüzlü şəklində (yəni yaxşı əmələ gəlmiş kristal kimi) və ya qeyri-müəyyən formalı zərrə (dənə) kimi mövcud olur. M.-ın xarici forması onun atom quruluşu və kristallaşma şəraitindən asılıdır.
Fizika terminlər lüğətiTam spinin verilmiş 5 qiyməti ilə xarakterizə olunan atom və ya molekulların kvant hallarının sayı (cırlaşma dərəcəsi).
ϗ=2S+1 (S – spin kvant ədədidir). ϗ=2 (S=1/2, bir xarici elektronu olan atomlar) olan hal dublet (belə atomların spektr xətti iki xəttə – dubletə ayrılır). ϗ=0 olan hal sinqlet, ϗ=3 olan hal isə triplet adlanır.
Fizika terminlər lüğəti