Bərk cismin səthi ilə toxunduğu yerdə mayenin sərbəst səthinin aldığı forma.
M. nazik (kapillyar) borularda sferik, müstəvi lövhələr arasındakı kiçik məsamədə isə silindrik olur.
İki sferik səthlə əhatə olunmuş linza (qabarıq-çökük və ya çökük-qabarıq); meniskli sistem.
M. müxtəlif optik sistemlərdə, eynək linzalarında və s.-də istifadə edilir.
Fizika terminlər lüğətiMetal və ərintilərin strukturu haqqında elm; metalşünaslığın tərkib hissəsi.
M. metalın makrostruktur və mikrostrukturunu tədqiq etməklə strukturun yaranma qanunauyğunluğunu, həmçinin metalın mexaniki, elektrik, maqnit, istilik və s. xassələrinin onun strukturundan asılı olaraq dəyişməsini öyrənir.
Fizika terminlər lüğətiÖlçmə, ölçmədə vəhdət və lazımi dəqiqlik yaratmaq haqqında elm.
Əsas məsələləri: 1) ölçmənin ümumi nəzəriyyəsi; 2) fiziki kəmiyyətlərin vahidlərinin və vahidlər sisteminin yaradılması; 3) ölçmə üsulları və vasitələri; 4) ölçmənin dəqiqliyinin təyini üsulları (ölçmə xətası nəzəriyyəsi); 5) ölçmə və ölçmə vasitələri arasında vəhdət yaratmaq üsulları (qanunvericilik M.-sı); 6) vahidlərin qiymətini etalonlardan nümunələrə və nümunələrdən işçi ölçü vasitələrinə vermək.
Fizika terminlər lüğəti