Temperatur qradiyentinin (∆T) təsiri ilə qaz qarışığının və ya məhlulların komponentlərinin daşınması.
T.-nı alman alimi K. Lüdviq məhlullarda kəşf etmiş, isveç alimi Ş. Sore tədqiq etmiş, qazlarda isə ingilis alimi S. Çepmen və isveç alimi D. Enskoq nəzəri olaraq irəlicədən söyləmiş, S. Çepmen, F. Dutson təcrübədə təsdiq etmişlər.
Fizika terminlər lüğətiHipotetik istlik maddəsi (çəkisiz maye). 18-ci əsrdə və 19-cu əsrin əvvəllərində istlik hadisələrini (istlik mübadiləsi, cisimlərin qızması, istidən genişlənmə və s.) izah etmək üçün işlədilirdi.
T.-in çəkisiz və başqa maddələrə nisbətən daha mütəhərrik olduğu və buna görə də maddənin kiçik məsamələrinə daxil olaraq onları genişləndirə bildiyi qəbul edilirdi. İstilik hadisələrinin atom və molekulların hərəkəti nəticəsində yarandığı sübut olunduqdan sonra (19-cu əsrin əvvəlləri) bu ideyadan imtina edildi.
Fizika terminlər lüğətiGeniş mənada obyektlərin istlik sahəsinin, yəni infraqırmızı (İQ) şüalanma sahəsinin müxtəlif üsullarla qeydə alınması.
Məsələn, infraqırmızı fotoqrafiya, istilik görmə. Dar mənada əlyazma, çap materialı və digər növ ştrixli ağ-qara materialların surətinin operativ çıxarılması və çoxaldılmasında tətbiq olunan üsul. Üsulun üstün cəhəti surətçıxarmanın tez və asan başa gəlməsidir.
Fizika terminlər lüğətiSistemdənkənar köhnəlmiş zaman vahidi.
1 T.= 1/60 san ≈16,66667 msan.
mus. 1. Üç pərdə həcmində interval.
3 rəqəmi ilə işarə olunur.
2. Diaqnostik səs düzümünün 3-cü pilləsi. 3. Akkordun T. səsi (tonu).
Fizika terminlər lüğətiBəzi dispers sistemlərin intensiv mexaniki təsir (qarışdırmaq, çalxalamaq) nəticəsində maye halına keçmək və sükunətdə saxladıqda bərkimək (axıcılığını itirmək) xassəsi.
Dispers sistemlərin T.-sının mühüm praktiki əhəmiyyəti var. Konsistent sürtkü vasitələri, lak və boya materialları, bir çox ərzaq məhsulları T. xassələrinə malikdir.
Fizika terminlər lüğəti
Dəmir yol, çay, avtomobil, hava və qoşqu nəqliyyatında yük dövriyyəsinin, eləcə də dəmir yol vasitələri ilə daşıma işlərinin ölçü vahidi.
Tarif T.-k. (bir qayda olaraq, ən qısa məsafəyə görə müəyyən edilir) və istismar T.-k. (faktiki gedilmiş məsafəyə görə müəyyən edilir) mövcuddur. İstismar T.-k. və brutto T.-k.-ə ayrılır.
Fizika terminlər lüğətiDəniz nəqliyyatında ölçü vahidi.
Daşınan yükün kütləsinin (tonla) gəminin keçdiyi məsafəyə (dəniz mili ilə) hasilinə bərabərdir. Keçmiş Sovet məkanında T.-m. dəniz nəqliyyatında gəmilərinin yük dövriyyəsinin planlaşdırılması və uçota alınmasında istifadə olunur. Dəniz nəqliyyat növlərində yük dövriyyəsi ton-kilometrlərlə ölçülür (1dəniz mili=1,852 km).
Fizika terminlər lüğətiSürtünmə nəticəsində elektrik yüklərinin əmələ gəlməsi.
Müxtəlif tərkibli iki dielektrikin, yarımkeçirici və metalın, yaxud eyni tərkibli müxtəlif sıxlıqlı metalın dieletriklə, maye dielektriklərin bir-biri ilə və ya bərk cisimlərlə qarşılıqlı sürtünməsi zamanı müşahidə edilir.
Fizika terminlər lüğətiXarici sürtünmə qüvvəsi, sürtünmə əmsalı, onun sərhəd qiyməti və sürtünən səthlərin yeyilməsini ölçən üsul.
Laboratoriya şəraitində tribometrik ölçmə nöqtəsi, xətti və müstəvi kontaktlar yaradan nümunələrlə aparılır (məsələn, müstəvi üzərində kürəcik, doğuranı boyunca sürtünən çarpaz qoyulmuş iki silindr və s.). Belə nümunələrlə aparılan ölçmələrdə kontaktda olan vahid səthə düşən yeyilmə və sürtünmə qüvvəsinin qiyməti tapılır.
Fizika terminlər lüğəti1. Qəlpələnməyən üçqat şüşə.
İki və ya silikat şüşə lövhəsindən (vərəqdən) və onları bir-birinə yapışdıran qatdan (adətən, polivinilbutiral) ibarətdir. T.-dən nəqliyyat vasitələrində, skafandrda istifadə edilir.
2. iqt., elektr. 3 müstəqil hissə və ya elementdən ibarət hər hansı bir qurğu və ya proses. □ Polad metallurgiyasında tripleks proses.
Fizika terminlər lüğətiHidrogenin radioaktiv izotopunun – tritiumun nüvəsi.
T ilə işarə olunur, 3 nuklondan (1 proton və 2 neytron) ibarətdir.
mus. Üç bütöv tondan ibarət interval.
Adı buradandır; məsələn, do-fa diyez, do-sol bemol.
Fizika terminlər lüğəti