biol. Orqanizmin müxtəlif növ qıcıqların təsirinə qarşı həssaslığının artması.
Orqanizmi təşkil edən toxumaların anatomik, morfoloji, mikroskopik-histoloji və fizioloji xüsusiyyətləri vardır. Sübut edilmişdir ki, S. mərkəzi sinir sistemində oyanma və ləngimə hadisələri nəticəsində pozula bilir.
Fotomaterial həssaslığının spektral oblastının genişləndirilməsi.
S. hadisəsini alman alimi Q. K. Fogel kəşf etmişdir (1873). S. müasir ağ-qara və rəngli fotomaterialların istehsalında geniş tətbiq olunur.
Fizika terminlər lüğətiMetrologiyanın işığahəssas fotomaterialların fotoqrafik xassələrinin ölçülməsi ilə məşğul olan sahəsi.
19-cu əsrin 40-cı illərində (fotoqrafiyanın kəşfindən sonra) meydana çıxmışdır. Kino-foto materialların istehsalı və emalının ayrı-ayrı mərhələlərində, habelə fototəsvirlərin çoxlu sayda alınmasına miqdari nəzarət üsulları, qəbul və arbitraj sınaqları – S.-ya əsaslanır.
Fizika terminlər lüğəticoğr. Qapalı su hövzələrində yaranan böyük periodlu (bir neçə dəqiqədən onlarca saatadək) durğun dalğalar.
S. xarici təsirdən (atmosfer təzyiqinin kəskin dəyişməsi, külək, seysmik hadisələr və s.) yaranan dalğalarla, hövzənin sahillərindən əks olunan dalğaların interferensiyası nəticəsində əmələ gəlir. S. zamanı bütün su kütləsi rəqsi hərəkətdə olur.
Fizika terminlər lüğətiSəs dalğalarının sonradan səsləndirilməsi üçün qrammofon valı, kino lenti və s. informasiya daşıyıcısına yazılması.
Səs daşıyıcısının müxtəlif sahələrində fiziki hal və ya formanın dəyişilməsinə əsaslanır. Mono, stereo və kvadrafonik (yəni 4 kanallı stereofonik) S. üsulları var.
Fizika terminlər lüğətiElementar zərrəciklərin məxsusi hərəkət miqdarı momenti.
Kvant təbiətlidir, elementar zərrəciklərin hərəkəti ilə əlaqədar deyil. Elementar zərrəciklərdən ibarət mikrosistemlərin (atom nüvəsi, atom) məxsusi hərəkət miqdarı momenti də S. adlanır.
Fizika terminlər lüğəti1. elektr. Həyəcanlandırıcı təsirlərin dəyişməsi zamanı tənzimolunan kəmiyyətin verilmiş qiymətini müəyyən dəqiqliklə avtomatik sabit saxlamağa imkan verən qurğu. 2. nəq. Aviasiyada uçuş aparatının havada üfüqi dayanaqlığını təmin edən aerodinamik səth. 3. Fotoqrafiyada S. – aşkarlama zamanı reduksiya olunmamış gümüş – halogenid qalıqlarının işığahəssas təbəqədən kənar edilməsi üçün kimyəvi qarışıq.
Fizika terminlər lüğəti