Rentgen şüalarının difraksiyasına əsasən materialları tədqiq edən üsul.
R. materialların quruluşunu, deformasiyasını, faza diaqramlarını, tarazlıqda olan və olmayan halları və s. öyrənir.
tib. Rentgenoloji üsul; skiaqrafiya (tibdə), müayinə edilən obyektin rentgen şüaları ilə fotoplyonkada şəklinin çəkilməsi; skiaqrafiya.
Rentgenodiaqnostikanın əsas üsullarından biri. Bu üsulun üstün cəhəti rentgenoskopiyada görünməyən kiçik və incə dəyişikliklərin R.-da asanlıqla aşkar edilməsidir.
Fizika terminlər lüğətiRentgen şüaları ilə tədqiq olunan obyekt maddəsinin qarşılıqlı təsirindən yaranan “kölgə” şəklinin işığahəssas material (fotoplyonka, fotoplastinka) üzərində qeyd olunmuş təsviri.
R.-dan bioloji obyektlərin tədqiqində, konstruksiya və materiallardakı müxtəlif defektlərin aşkar olunmasında və s.-də istifadə olunur.
Fizika terminlər lüğətiMaddələrin axarlılığı və deformasiyası haqqında elm.
Özlü və plastik materialların (qeyri-Nyuton mayelərinin, dispers sistemlərinin və s.) axarlılığı və dönməyən qalıq deformasiya ilə əlaqədar, eləcə də gərginlik relaksasiyası, elastik təsirdən sonrakı prosesləri və s.-ni öyrənir.
Fizika terminlər lüğətiinc., inf., poliq. Təsvirlərin (rəsm, fotoşəkil və s.) karandaş və ya boya ilə ayrı-ayrı yerlərinin düzəldilməsi, pozulub təmizlənməsi və kimyəvi emalı (fotoqrafik təbəqənin aşındırılması yolu ilə).
Poliqrafiyada orjinalların çapa hazırlanmasında və çap formaları üçün neqativ və diapozitivlərin düzəldilməsi, qaydaya salınmasında tətbiq olunur.
Fizika terminlər lüğətiQarşılıqlı təsir zamanı bir neçə elementar zərrəciyin qovuşması (və ya mexaniki birləşməsi) nəticəsində yaranan və yaşama müddəti kiçik olan zərrəciklər.
R. bilavasitə müşahidə olunmur, yaranması parçalanmada meydana çıxan zərrəciklərin müşahidəsi ilə isbat olunur.
Fizika terminlər lüğəti