Yükü sıfır, spini 1/2 olan elementar zərrəcik.
Hər leptonun öz N.-su mövcuddur.
geol. Quyuların radioaktiv karotaj metodu.
Neytronlarla süxurların atom nüvələrinin qarşılıqlı təsiri nəticəsində alınan effektin təyininə əsaslanır.
Neytronların difraksiyasına əsasən maddənin (molekulun, kristalın, mayenin) quruluşunun öyrənilməsi üsulu.
Burada neytronların yalnız nüvə səpilməsindən bəhs olunur.
Parlaqlıq vahidi.
Az işlədilir. Hər m2-i ona perpendikulyar istiqamətdə 1 kandel işıq qüvvəsi verən bərabər işıqlanan səthin parlaqlığıdır.
Nüvələrinin tərkibi müxtəlif olan atomlar.
N.-in nüvələri bir-birindən nuklonların sayı ilə, nuklonların sayı eyni olduqda isə protonların və neytronların sayı ilə fərqlənir.
Atom nüvəsini təşkil edən zərrəciklərin (proton və neytronun) ümumi adı.
Bərk cismin presessiya ilə eyni zamanda baş verən hərəkəti.
Bu zaman onun məxsusi fırlanma oxu ilə ətrafında presessiya baş verən ox arasındakı bucaq dəyişir. Bu, N. bucağı adlanır.
Beynəlxalq vahidlər sistemində qüvvə vahidi.
N ilə işarə olunur. N., kütləsi 1 kq olan cismə qüvvə istiqamətində 1 m/san2 təcil verən qüvvədir.