Neqativdə obyektin işıq saçan, parlayan və ya çox kontrastlı detallarının təsviri ətrafında əmələ gələn qeyri-müntəzəm qaralma.
Fotomaterial üzərindəki fototəbəqənin gümüş-haloid mikrokristallarından səpələnən, habelə fototəbəqədən keçib materialın parıldayan oturacaq təbəqəsindən qayıdan işıq şüalarından əmələ gəlir. Şəklin keyfiyyətini xeyli pisləşdirən H.-nı azaltmaq üçün oturacaq təbəqəsinə tərkibində işığı udan maddə olan qat çəkilir.
Atmosferdə optik hadisələr qrupu.
Günəşin və ya Ayın ətrafında işıqlı halqa şəklində müşahidə olunur.
Fizika terminlər lüğətiSuda həll olan boyalardan istifadə etməklə rəngli fotoşəkillərin alınması üsulu.
Qismən rənglənmiş üç təsviri jelatin relyefdən (matrisadan) ardıcıl olaraq kağız və ya plyonkaya köçürməklə əldə edilir. H. rənglərin dəqiq və təsvirin sabit alınmasına imkan verir. Rəngli kinofilmlərin kütləvi çapında xüsusilə əhəmiyyətlidir.
Fizika terminlər lüğətiFiziki kəmiyyətlərin öz dəyişənlərindən çoxqiymətli asılı olması.
Məsələn, seqnetoelektrik (ferromaqnit) maddələrdə elektrik (maqnit) polyarizasiyasının xarici elektrik (maqnit) sahəsindən asılılığını ifadə edən əyri. Sistemin halı nəinki həmin haldakı xarici təsirin qiymətindən, hətta əvvəlki qiymətindən asılı olduğu halqa H. baş verir.
Fizika terminlər lüğətiQiymətləri zamanın müxtəlif anları üçün ortaq O nöqtəsində ayrılmış vektor funksiyaların uc nöqtələrinin həndəsi yerindən ibarət kəsilməz əyri.
H. anlayışını elmə U. Hamilton daxil etmişdir. Dəyişən vektorla təsvir olunan fiziki kəmiyyətin zamana görə dəyişməsini və bu dəyişmənin sürətini əyani təsvir edir.
Fizika terminlər lüğəti