İfrat soyuyan mayenin bərk şüşə halına keçməsi prosesi.
Metalların kristallaşmasından fərqli olaraq bir sıra qeyri-üzvi və üzvi maddələr (kvars, silikatlar, fosfatlar, boratlar, kükürd və s.) maye haldan bərk hala sıçrayışla keçmir, soyuyarkən tədricən özlülüklərini artıraraq Ş. temperaturunda bərkiyir. Bu halda alınan maddə Ş. temperaturundan böyük temperaturlarda malik olduğu daxili quruluşunu saxlayır.
Fizika terminlər lüğəti