mürəkkəb adların tərkibində işlənən Abdul və Mömin adlarının birləşməsindən (əslində abd əl-Mumin) əmələ gəlmiş şəxs adıdır.
Abdulmömin (bax: ad – ABDUL; MÖMİN) kişi adı mömin olanın (Allahın) qulu anlamına gəlir. Adın təhrif olunmuş Abdulmömin forması da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAbdul və Müslim sözlərinin (əslində abd əl-Müslim) birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Abdulmüslim (bax: ad – ABDUL; MÜSLİM) kişi adı insaf sahibi olanın (Allahın) qulu an- lamına gəlir. Adın təhrif olunmuş Abdulmüslüm forması da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Abdul və Rauf adlarının birləşməsindən (əslində abd ər-Rauf) əmələ gəlmiş şəxs adıdır.
Abdurrauf (bax: ad – ABDUL; RAUF) kişi adı mərhəmətli, şəfqəti çox olanın (Allahın) qulu anlamını ifadə edir. Adın təhrif olunmuş Abdulrauf, Abdurauf formaları sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Abdul və Rəhim adlarının birləşməsindən (əslində abd ər-Rahim) əmələ gəlmiş şəxs adıdır.
Abdurrəhim (bax: ad – ABDUL; RƏHİM) kişi adı mərhəmətini əskik etməyənin (Allahın) qulu mənasındadır. Adın təhrif olunmuş Abdulrəhim, Abdurəhim formaları sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Abdul və Rəhman adlarının (əslində abd ər-Rəhman) birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
İslamda Allahın 99 adı arasında Abdurrəhman adına da rast gəlinir. Abdurrəhman (bax: ad – ABDUL; RƏHMAN) kişi adı bağışlayanın, çox mərhəmətlinin (Allahın) qulu mənasındadır. Adın təhrif olunmuş Abdulrəhman, Abdurəhman formaları sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Abdul və Rəsul adlarının birləşməsindən (əslində abd ər-Rəsul) əmələ gəlmiş şəxs adıdır.
Abdurrəsul (bax: ad – ABDUL; RƏSUL) kişi adı elçinin qulu anlamına gəlir. Adın təhrif olunmuş Abdulrəsul, Abdurəsul formaları da sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti