ərəb. mömin sözündəndir. Möminə qadın adı dilimizdə inandığı dinin (İslam dininin) ehkamlarına ciddi surətdə əməl edən adam, dindar, din tərəfdarı, həmçinin Allahın varlığına inanan, Tanrı yolunu tutan anlamlarını ifadə edən Mömin kişi adından (bax: ad – MÖMİN) ənənəvi yolla yaranmışdır. Bu gün məişətimizdə Mömin kişi adına nisbətən Möminə qadın adı daha geniş yayılmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti