mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və ərəb. Rahim adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Ağarəhim (bax: ad – AĞA; RƏHİM) kişi adı Rəhim ağa anlamındadır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Ağarəhim bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və ərəb. Rasul adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
İslam dini ilə əlaqədar şəxs adları sırasında olan Ağarəsul (bax: ad – AĞA; RƏSUL) kişi adı Allahın, Tanrının elçisi anlamını ifadə edir, həmçinin peyğəmbərin ululuğu ilə əlaqədar şəxs adıdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və ərəb. Rza adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar adlar sırasında olan Ağarza (bax: ad – AĞA; RZA) kişi adı İslam tarixində VIII imam Əli ibn Musanın təxəllüsü ilə əlaqədardır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların yaranmasında işlənən arxaikləşmiş ağa titulunun və ərəb. Safdar adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Ağasəfdər (bax: ad – AĞA; SƏFDƏR) kişi adı bahadırlığı, igidliyi ilə çox yüksək nüfuz sahibi olan anlamlarını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti