Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

NEMƏT

ərəb. nemat sözü dilimizdə yaşamaq üçün əhəmiyyət kəsb edən şeylərin məcmusu, sərvət, dövlət anlamlarını ifadə edir.

Ailələrdə övad dünyaya gələrkən sevinən valideynlər, yaxınlar bundan sonra onların həyatında yaşamaq üçün əhəmiyyət kəsb edən ən mühüm varlığa övlada Nemət adını verir. Nemət adı Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasındadır. Yəqin ki, buna da dünyaya göz açanın oğlan və ya qız olduğundan asılı olmayaraq əzizləri tərəfindən Tanrının neməti kimi qəbul edilməsi səbəb olmuşdur. Azərbaycan dilində nemət sözü ilə bağlı külli miqdarda ümumişlək ifadələr, atalar sözləri, idiomlar məlumdur. Lakin nemət sözü dilimizdə ümumişləkliyini itirmiş sözlər sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti