xandan sözündən olub, dilimizdə gülən, üzügülər, güləyən, sevincli, kefi kök, şad, şən mənasındadır.
Xəndan sözünə poetik mətnlərdə daha çox rast gəlinir. Xəndan etmək ürəyini açmaq, sevindirmək, şadlandırrmaq, şənləndirmək anlamındadır. Xəndan olmaq şadlığından üzü gülmək, fərəhlənmək, sevinmək mənasını ifadə edir. Klassik poeziyada daha çox gül sözü ilə, gülixəndan biçimində rast gəlinir. Məcazi mənada tamam açılmış gül deməkdir. Xəndan kişi adı Azərbaycan antroponimikasında təxəllüsdən yaranmış şəxs adları sırasındadır. XX əsrdə yaşamış görkəmli filoloq, bir çox elmi əsərlərin müəllifi Cəfər Hacıyevin (1910–1961) təxəllüsündəndir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiXatai kişi adı paytaxtı Təbriz olan Səfəvilər dövlətinin başçısı, klassik Azərbaycan şairi, Azərbaycan dilini dövlət dilinə çevirmiş, şahlığı dövründə siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün böyük işlər görmüş Şah İsmayıl Şeyx Heydər oğlu Şeyx Cüneyd Səfəvinin (1487-1525) təxəllüsündən yaranmışdır.
Tarixdə Xətai həm də Qızılbaş ideologiyasının başçısı, Şeyx Xətai kimi tanınır. Azərbaycanda Xətai şəxs adı ilə əlaqədar toponimlər də məlumdur. Azərbaycan ərazisində Xocavənd bölgəsində Xətai kəndi mövcuddur (əvvəlki Qara Quzey kəndi). Məlum olduğu kimi, 1988-ci ildə Ermənistanda yaşayan azərbaycanlı ailələr ermənilər tərəfindən zorla öz doğma yerlərindən qovulmuşlar. Ermənistanın Qafan mahalının Bəlx kəndindən köçüb gələn ailələrin əksər hissəsi Şah İsmayıl Xətainin şərəfinə adlandırılmış Xətai kəndinə köçürülmüşdür.
Azərbaycan şəxs adlarının izahlı lüğətixatib sözü dilimizə tərcümədə məsciddə xütbə oxuyan din xadimi anlamındadır.
Lakin bəzi mənbələrdə xətib sözünün nişanlı oğlan, bəy, vaiz, natiq mənaları da qeyd edilmişdir. Bu gün Xətib adının daşıyıcıları, əsasən, yaşlı nəslin nümayəndələridir. Bu da adın artıq unudulmaqda olduğuna dəlalət edir. Adın daşıyıcılarından klassik İslam ədəbiyyatşünaslığında xüsusi xidmətləri olmuş Xətib Təbrizi (1030-1108) ümummüsəlman mədəniyyətinin və xüsusən də ərəb, fars, türk xalqları şeirinin bir sıra nəzəri və tənqidi məsələlərinin öyrənilməsi və inkişafı tarixində mühüm yer tutan şəxsiyyətlədən biri olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətixayal sözü dilimizdə, əsasən, iki mənada işlənir: 1. Bir şəxsin və ya şeyin insan fikrində, təsəvvüründə təcəssüm edən surəti; təxəyyül; 2. Fikir, düşüncə. Məcazi mənada xəyal arzu olunan, həsrəti çəkilən bir şey mənasındadır.
Xəyal kişi adı XX əsrin ortalarına qədər məişətimizdə nadir adlardan olsa da, keçən əsrin yetmişinci illərindən bu günə qədər geniş yayılmış kişi adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətixayyam sözü əslində dilimizdə xeyməçadır tikən usta mənasında işlənir.
Lakin əminliklə demək olar ki, Xəyyam kişi adının bu məna ilə heç bir əlaqəsi yoxdur. Məlum olduğu kimi, Azərbaycan antroponimikasında təxəllüslərdən yaranmış kifayət qədər şəxs adı mövcuddur. Xəyyam kişi adı da bu qəbildən olan şəxs adları sırasında olub, XI–XII əsrlərin tanınmış şairlərindən olan, məşhur rübai ustası Ömər Xəyyamın (1048-1122) təxəllüsündəndir.
Azərbaycan şəxs adlarının izahlı lüğətixazan sözündən olub, payız mənasındadır.
Xəzan kişi adı payızda yarpaqların saralıb tökülməsi, ağacların yarpağını tökmə mövsümü anlamlarını ifadə edir. Xəzan məişətimizdə geniş yayılmış kişi adlarından deyildir, lakin Türkiyədə, həmçinin bir sıra türk xalqlarının dillərində (Hazan biçimində) dəbdə olan adlardandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiXazar V–X əsrlərdə Aşağı Volqadan Qafqaza və Qara dənizin şimal hissəsinə qədər olan ərazidə dövlət qurmuş türkdilli xalqın adındandır.
Xəzər kişi adının həmçinin eyni adlı dənizin adından olması da inandırıcıdır. Mənbələrdə gəzən, gəzib-dolaşan, köçən, hərəkət edən, artan, düzəldən, istehsal edən mənaları da göstərilir. Son illərdə bir çox türk mənşəli şəxs adları kimi, Xəzər kişi adı məişətimizdə geniş yayılmış kişi adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətixızır (əslində xıdr) sözü dilimizdə əsasən yaşıl, yaşıllıq, həmçinin yazın gəlişini xəbər verən kimi mənalandırılır.
Eyni zamanda imdada yetişən, acizlərin köməkçisi, xeyirxah, kömək göstərən, yardım edən mənası da vardır. Dini əfsanələrdə möcüzələr göstərən Xızr Peyğəmbər kimi təqdim edilir. Mənbələrdə Xıdır Xızır Peyğəmbərin adı ilə də əlaqələndirilir. Dini rəvayətlərdən birində deyilir ki, Xıdır dirilik suyu içdiyinə görə həmişəlik diri qalıb ölməzliyə qovuşmuş, yol azanlara, aşiqlərə yol göstərən əfsanəvi peyğəmbərin, İlyas Peyğəmbərin ləqəbidir.
Azərbaycan şəxs adlarının izahlı lüğətixoca sözü keçmişdə mədrəsədə təhsil alan, başına sarıq sarıyıb, əyninə cübbə geyən dindarlara və ya din xadimlərinə deyilirdi.
Bu gün artıq bir sıra türk xalqlarının dillərində müəllim, tərbiyəçi mənasındadır. Türkiyədə bu gün də müəllimə xoca/xocam/hoca/hocam deyə müraciət edilir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Xoca yalnız mürəkkəb kişi adlarının tərkibində mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Xoca və Verdi adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Xocaverdi (bax: ad – XOCA; VERDİ) kişi adı xocanın (dindarın, din adamının, ustadın) verdiyi, bağışladığı mənasındadır. Azərbaycanda adın daşıyıcıları, əsasən, yaşlı nəslin nümayəndələridir. Bu da məişətimizdə Xocaverdi kişi adının unudulmaqda olduğuna dəlalət edir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti