kaan/kağan sözündəndir. Kaan/kağan sözünün ərəb və fars dillərinin tələffüzünə uyğunlaşdırılmış forması hakan/xaqan qədim türk və monqol hökmdarlarına verilən titullardandır.
Tarixdən də məlum olduğu kimi, türk dövlətlərində şanyu, tanhu, kağan, xaqan, xan, yabgu, idi-kut,iltəbər və s. kimi titullar daşıyan hökmdarlar dövlət təşkilatının ən üst pilləsində yer tuturdular. Azərbaycan antroponimikasında tituldan yaranmış şəxs adları sırasında olan Xaqan kişi adı xan, xanlar xanı, şahənşah, hökmdar anlamlarındadır. Tarixin müəyyən dövrlərində Osmanlı sultanlarına müraciət forması olmuşdur. Bir də imperator mənası vardır.
Azərbaycan şəxs adlarının izahlı lüğətixaqan sözündəndir. Xaqani (bax: ad – XAQAN) şahənşaha, böyük hökmdara, xanlar xanına, imperatora mənsub olan mənasındadır.
Xaqan sözü ilə əlaqədar olsa da, Xaqani kişi adı Azərbaycan antroponimikasında təxəllüsdən yaranmış şəxs adları sırasındadır. Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir Xaqani Şirvaninin (1120-1199) təxəllüsündəndir.
Azərbaycan şəxs adlarının izahlı lüğətixalid sözündən olub, Azərbaycan dilində əbədi, daimi, ölməz anlamlarını ifadə edir.
Xalid kişi adı məişətimizdə geniş yayılmışdır. İslam tarixindən məlumdur ki, Məhəmməd Peyğəmbərin tərəfdaşlarından olan, Seyfullah (Allahın qılıncı) ləqəbini daşıyan Xalid ibn Valid (592-642) əslən Məkkədən, Qüreyşilər tayfasından olmuşdur. Əvvəllər Məhəmmədin, eləcə də İslam dininin amansız düşmənlərindən olan, 625-ci ildə Uhud yaxınlığındakı döyüşlərdə xeyli sayda müsəlmanı qətlə yetirən Xalid ibn Valid İslam dininə bələd olandan sonra müsəlmanlığı qəbul etmiş, Məhəmməd Peyğəmbərin sərkərdəsi olmuşdur. Beləliklə, Xalid adı müsəlman ölkələrində sevilən adlardan birinə çevrilmişdir. Bu gün ərəb xalqlarının məişətində geniş yayılmış kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətixaliddin sözündəndir. Xaliddin dilimizdə əbədi din, dinin əbədiliyi, həmçinin təmizlənmiş, ürəkli, cəsarətli anlamlarını ifadə edir.
Adın təhrif olunmuş formaları Xaləddin, Xəliddin, Xaliyəddin, Xəlyəddin, Xəliyəddin də sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətixaliq sözündən olub, dilimizdə xəlq edən, yaradıcı, yaradan, Tanrı, Allah anlamındadır.
İslam dinində əl-Xaliq Allahın məlum 99 adından olub, yaratmaq, yaradan sözü yalnız uca Tanrıya məxsusdur anlamındadır. Xaliq kişi adı sonradan dilimizin ahəng qanununa uyğun dəyişmiş, Xalıq kimi tələffüz edilmiş, sonradan yazıda da Xalıq kimi işlənmişdir. Azərbaycanda, əsasən, Xalıq formasında olsa da, Xaliq adının daşıyıcıları da kifayət qədərdir. Hər iki ad XX əsrdə olduğu kimi, bu gün də məişətimizdə geniş yayılmış kişi adlarındandır. Adın daşıyıcılarından filoloq, ədəbiyyatşünas alim, çalışdığı Moskva Dövlət Universitetinin Əməkdar professoru fəxri adını daşıyan Xalıq Koroğlu (1919-2002) Beynəlxalq Türk Akademiyasının üzvü, əl-Buxari adına beynəlxalq mükafatın laureatı olmuşdur. 150-dən artıq elmi əsərin müəllifi Xalıq Koroğlunun “Quran” və “İncil” əsasında, şamançılıqdan İslama qədər (altı dindən) bəhs etdiyi “Ruhani mədəniyyət və bədii ədəbiyyat” mühazirələr silsiləsi dinləyicilərdə xüsusi maraq yaratmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətixalis sözü müasir Azərbaycan dilində bir neçə məna ifadə edir: 1. Heç bir qatışığı olmayan, saxta olmayan; düzgün, saf, təmiz; 2. Əsil, həqiqi; 3. mac. Məsum, ismətli, bakir, təmiz; 4. mac. Səmimi, doğru, saf.
Xalis kişi adı sözün məcazi mənaları ilə əlaqədar olub, düzgün, saf, təmiz mənalarındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətixamis sözü dilimizdə beşinci, beşinci övlad anlamındadır.
Xamis məişətimizdə geniş yayılmamış kişi adlarındandır. Adın təhrif olunmuş forması Xamiz də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Adın daşıyıcılarından Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, Xalq Artisti Xamis Muradov (1943) Azərbaycanda əlliyə yaxın filmin rejissoru, eyni zamanda ssenari müəllifidir. Onların arasında “Nəsimi”, “Aşıq Ələsgər”, “Daşkəsən”, “Üzeyir Hacıbəyov”, “Azadlığa gedən yollar”, “Şəhidlərdən şəhidlərə” və s. filmlər vardır.
Azərbaycan şəxs adlarının izahlı lüğətikaan/kağan sözündəndir.
Xan (kaan® kan®qan®xan) yalnız türklərdə deyil, çin, monqol, hind və başqa dövlət başçılarına da verilən titul, ünvan, addır. Xan sözü şahənşah, hökmdar, imperator, başçı, rəhbərlik edən və buna yaxın mənaları ifadə edir. Azərbaycan xanlıqlara bölünərkən hər xanlığın öz rəhbəri, başçısı, xanı olurdu. Xan kişi adı Azərbaycan antroponimikasında titullardan yaranmış şəxs adları sırasındadır. Qeyd etmək lazımdır ki, adın XX əsrin otuzuncu illərindən sonra məişətimizdə yayılmasında xalqın sevimli xanəndəsi Azərbaycanın Xalq Artisti Xan Şuşinskinın (əsl adı İsfəndiyar Aslan oğlu Cavanşirdir, 1901-1979) təxəllüsü ilə əlaqədardır. İstedadlı xanəndə muğam dərsləri verməklə yanaşı, əsl yaradıcı sənətkar olaraq milli musiqi xəzinəmizi də yeni mahnılarla zənginləşdirən istedadlı bir şəxsiyyət olmuşdur. Məişətimizdə sənətkarın qəbul etdiyi Xan (öz sahəsində ən yüksəkdə olan mənasında) təxəllüsündən formalaşmış kişi adı bugünə qədər mövcuddur. Azərbaycan antroponimikasında Xan şəxs adı ilə yanaşı tərkibində adın işləndiyi həddən artıq mürəkkəb antroponimlər mövcuddur. Belə şəxs adlarının bəziləri saf antroponimlər, yəni mürəkkəb adın hər iki komponenti dilimizin öz sözlərindən ibarət olan adlardır. Məsələn, Ağaxan (bax: ad – AĞAXAN), Elxan (bax: ad – ELXAN), Xanoğlan (bax: ad – XANOĞLAN), Xankişi (bax: ad – XANKİŞİ) və s. Bəziləri isə qovuşuq, hibrid şəxs adla- rıdır. Məsələn, Məhəmmədxan (bax: ad – MƏHƏMMƏDXAN), Bədirxan (bax: ad – BƏDİRXAN), Əlixan (bax: ad – ƏLİXAN), Xanbuta (bax: ad – XANBUTA) və s.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən arxaikləşmiş xan titulu və fars. Buta adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Xanbuta (bax: ad – XAN; BUTA) kişi adı güllərin xanı, xan buta, həmçinin xan övladı, xan oğlu mənalarını ifadə edir. Xanbuta antroponimi bu gün Azərbaycan dilində çox nadir adlardan olsa da, Xanbutayev, Xanbutalı soyadlarının kifayət qədər mövcud olması adın məişətimizdə yaxın keçmişə qədər geniş yayıldığına dəlalət edir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti