Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

XAMİS ərəb.

xamis sözü dilimizdə beşinci, beşinci övlad anlamındadır.

Xamis məişətimizdə geniş yayılmamış kişi adlarındandır. Adın təhrif olunmuş forması Xamiz də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Adın daşıyıcılarından Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, Xalq Artisti Xamis Muradov (1943) Azərbaycanda əlliyə yaxın filmin rejissoru, eyni zamanda ssenari müəllifidir. Onların arasında “Nəsimi”, “Aşıq Ələsgər”, “Daşkəsən”, “Üzeyir Hacıbəyov”, “Azadlığa gedən yollar”, “Şəhidlərdən şəhidlərə” və s. filmlər vardır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti