fars mənş. tomiris sözü həyat bəxş edən, nəsil artıran, ruzi yetirən anlamlarındadır. Çox qədim qadın adlarındandır.
Miladdan əvvəl Massaget hökmdarlarından olan qadınlardan biri bu adın daşıyıcısı olmuşdur. Bir çox tarixi mənbələrdə onun müharibələrdə iştirak etməsi, qəhrəmanlıqları haqqında xeyli rəvayətlərə rast gəlinir. Bütün bu məlumatlar Tomiris adının məişətimizdə bu günə qədər mövcud olmasında əsas amil olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. tovuz rəngarəng tükləri və iri yarımdairə şəklində quyruğu olan, Cənubi Asiya ölkələrində yaşayan çox gözəl quşun adıdır.
Məcazi mənada bəzənib-düzənmiş, çox gözəl anlamındadır. Tovuz qadın adı da sözün məcazi mənası ilə əlaqədardır. Adın təhrif olunmuş Tavus, Tavuz formaları da sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir. Tovuz qadın adı bəzi türk xalqlarının dillərində Tavus şəklindədir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiqəd. türk dil. töra sözündəndir. Törə qədim türklərdə adətənənələrə əsaslanan hüquq qaydaları, həmçinin hamının tabe olmalı olduğu qaydalar anlamlarını ifadə edir.
XX əsrdə məişətimizdə geniş yayılmış Törə adı bu gün unudulmaqda olan şəxs adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. tuba sözündəndir. Tuba İslam dini ilə əlaqədar rəvayətlərdə Cənnətdə bitən hündür, çox gözəl ağacın adındandır.
Ərəb dilinin fonetik qanunlarına əsasən sözün sonunda gələn i hərfi a kimi oxunmalıdır. Bu qayda dildə bəzən pozulmuşdur, bu səbəbdən də adın Tuba və Tubi olmaqla iki variantı əmələ gəlmişdir. Azərbaycan dilində Tubi dilimizin ahəng qanununa uyğun dəyişərək Tubu formasına düşmüşdür. Məişətimizdə artıq keçən əsrdən ad yalnız Tubu formasındadır (Tuba adının işləndiyi mürəkkəb adlardan savayı).
Azərbaycan şəxs adlarının izahlı lüğəti