ərəb. sabir sözündəndir. Səbirə qadın adı dilimizdə səbirli, dözümlü, təmkinli, səbir edən, zəhmətə qatlaşan, çətinliyə dözən anlamlarını ifadə edən Sabir kişi adından (bax: ad – SABİR) ənənəvi yolla yaranmışdır.
Səbirə əslində Sabirə adının dilimizin əsas fonetik qanununa–ahəng qanununa görə dəyişdirilmiş, bir növ, təhrif olunmuş, sonradan rəsmiləşmiş formasıdır. Məişətimizdə keçən əsrin əvvəllərindən yalnız Səbirə kimi mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. sada sözündən olub, səs, avaz mənasındadır. Qeyd etmək lazımdır ki, səda sözünün məşhurlaşmaq, sorağı gəlmək kimi məcazi mənaları da mövcuddur.
Səda qadın adı sözün həqiqi mənası ilə əlaqədardır, yəni səs mənasındadır. Adın sonuna -(y)ə şəkliçisi əlavə olunmaqla Sədayə variantı da yaranmışdır. Bu gün ad, əsasən, Sədaye şəklində mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. sadaqat sözündəndir. Sədaqət sözü ərəb dilində yalnız dostluq anlamındadır.
Türk dillərinə keçdikdən sonra söz yeni məna çalarları qəbul etmişdir, başqa sözlə, sədaqət sözü dilimizdə, əsasən, dostluq və məhəbbətdə sadiqlik, vəfa, etibar, dəyanət mənalarını ifadə etmişdir. Sözün bu mənasını əsas götürərək azərbaycanlı ailələrdə dünyaya göz açan övladlara gələcəkdə bu xüsusiyyətlərə malik olması arzusu ilə Sədaqət adını verirlər. Yəqin ki, bu məna da adın dilimizin şəxs adları sistemində müştərək ad kimi mövcud olmasına səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, keçən əsrdə Sədaqət qadın adı məişətimizdə çox populyar olmuşdur. Lakin əsrin 70-80-ci illərindən dəbdən düşmüşdür. Bu gün adın daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir desək, yəqin ki, yanılmarıq.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. sadaf müxtəlif bəzək əşyaları hazırlamaq üçün bəzi balıqqulaqlarının iç qatını təşkil edən, müxtəlif rənglərə çalan, bərk maddənin adıdır.
Sədəf qadın adı dilimizin şəxs adları sistemində incə, bəzək əşyalarının hazırlandığı maddələrin adlarından yaranmış şəxs adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. sadr sözündəndir. Sədirə qadın adı dövlət, hökumət və ya ali dövlət orqanları rəhbərlərinin rəsmi adlarının tərkibində olan, həmçinin bəzi idarələrin, təşkilatların, cəmiyyətlərin və şöbələrin rəhbəri, başçısı, həmçinin iclasın, yığıncağın başçısı mənalarını ifadə edən Sədir kişi adından (bax: ad – SƏDİR) ənənəvi yolla yaranmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti